Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Badamdardakı sürüşmə ərazisində xüsusi qərargah yaradılıb- Açıqlama

“Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyevin rəhbərliyi altında Badamdardakı sürüşmə ərazisində xüsusi qərargah yaradılıb”

“Report”un xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov sürüşmə zonasında keçirdiyi brifinqdə deyib.

O bildirib ki, qərargah bu gündən fəaliyyətə başlayıb: “Sürüşmə oktyabrın 1-də müşahidə olunub və bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq orqanlar məlumatlandırılıb. Mütəmadi olaraq biz hər gün müşahidələr aparırıq və bu gün prosesdə aktivlik gərgin vəziyyətə gəldi. Sürüşmə eni 300 metr olan bir ərazidə üstündə istinad divarları ilə birlikdə yamac boyu asfalt istiqamətində irəlilədi.

Yamac boyu, təxminən, 11 yaşayış evi və asfaltın alt hissəsində iki iaşə obyekti var. Dünən axşam sakinlər müvafiq orqanlar tərəfindən xəbərdar edildilər və bütün kanalizasiya sistemi dayandırıldı. Su, qaz, işiq üçün orqanlara xəbərdarlıq edildi ki, təhlükə yaranmasın. Hazırda müşahidələr davam etdirilir.

Sürüşmənin xəritəsi dünən hazırlanıb. Nə qədər ərazini əhatə edir və nə qədər yaşayış obyektinə xələl dəyəcəyi haqqında müfəssəl məlumat hazırlayıb Nazirlər Kabinetinə təqdim etdik, onlar tərəfindən də müvafiq orqanlara paylanıldı. Prosesdə hələ gərginlik var. Burada ilk sürüşmə 2012-ci ildə baş verib. Həmin vaxt istinad divarları tikildi. Növbəti gərginlik bu ayın əvvəlindən başladı”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar