Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək”

Memar həyəcan təbili çaldı

Bayıl ərazisində əvvəllər tikilmiş birmərtəbəli, kiçik ölçülü evlər sürüşmə yaratmırdı”.

Bunu Modern.az-a Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova söyləyib. Onun sözlərinə görə, son illərdə tikilən çoxmərtəbəli binalar bu ərazidə problemləri artırır:

“Təxmini 10 ildir Bayıl istiqamətində sürüşmə başlayıb. Həmin vaxtı guya sürüşmənin qarşısını almaq üçün müxtəlif vasitələrlə torpağı birləşdirdilər. Halbuki sürüşmənin səbəbi yerin altındakı gil süxurlarına su hopmasıdır. Ümumiyyətlə Yer kürəsində su səviyyəsi qalxdığına görə, tərkibində gil təbəqəsi olan torpaqlarda sürüşmə yaşanır. Abşeron yarımadasında dənizə yaxın hissələr hamısı 7 metrlik gil süxurlarının üzərində dayanıb.

İnsanlar oradan mütləq köçürülməlidir. Üstəlik sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək. Hesab edirəm ki, Abşeron yarımadasının dənizə yaxın hissələrində təhlükə çoxdur”.

Z. Budaqovanın sözlərinə görə, keçmişdə insanlar bilirdi ki, hansı tərəfdə yaşayış olar, harada olmaz.

“Bayılda XX əsrin əvvəllərində sürgünə göndərilmiş, evsiz insanlar, Rusiyadan, başqa ölkələrdən qaçıb Azərbaycana gələnlər, həbsxanadan qaçanlar, məcburi köçkünlər orada evlər tikir yaşayırdılar. Orada türmələr olub, müvəqqəti məhbusları saxlayırdılar. Sonralar isə Bayılda yaşayışın qarşısını almaq əvəzinə daha da iri binalar tikdilər”.

Xatırladaq ki, Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.

pia.az


Etiket: bina həyəcan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar