Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Problemi olan idmançı yığmada ola bilməz"

Sərbəst güləş millimiz bu ay Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlıqların son mərhələsindədir

Millimizin baş məşqçisi, vitse-prezident Firdovsi Umudov Fransa və İtaliya yığmasının üzvləri ilə birgə dünya çempionatına hazırlaşdıqlarını bildirib:

“Bu həftə son yükləmələrimizi baş vururuq. Oktyabrın 18-də Macarıstana yollanacağıq. İki gün sonra isə yarışa start veriləcək. Yığmanın tərkibində gənclərə də yer vermişik. Ötən il və bu il yeniyetmə və gənclərin beynəlxalq turnirlərində özlərini yaxşı tərəfdən göstərmiş idmançıları yığmanın heyətinə daxil etmişik. İnanırıq ki, dünya çempionatında da özlərini müsbət mənada göstərə biləcəklər. Federasiyanın rəhbəri Namiq Əliyevlə söhbətimiz oldu. Belə qərara gəldik ki, gənclərə üstünlük verək. Gələn il bizi məsul yarışlar gözləyir. Avropa çempionatı, II Avropa Oyunları və Tokio Olimpiadasına lisenziya verən dünya çempionatı keçiriləcək.

Ona görə indidən gəncləri gələcək yarışlara hazırlayırıq. İndi onların qarşısına medal qazanmağı şərt qoymamışıq. Əsas o ab-havanı hiss etmələridir ki, gələn il mötəbər turnirlərdə təcrübə çatışmazlığından əziyyət çəkməsinlər. Namiq müəllimin də daha öncə verdiyi müsahibədə qeyd etdiyi kimi, 2011-ci ildə Toğrul Əsgərovu yığmaya cəlb etdik. Bir il nəticə vermədi. Ancaq növbəti il həm Avropa, həm də Olimpiya çempionu oldu. Sözsüz ki, təcrübəli güləşçilərlə yanaşı, gənclərə də şans tanımalıyıq. Bu gün komandanın tərkibində Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov, Cəmaləddin Məhəmmədov, Aslanbəy Alborov, Georgi Edişeraşvili kimi təcrübəli güləşçilər var. Gənclərdən Pərviz İbrahimovu 61 kq-da sınaqdan keçirəcəyik.

Olimpiya çəkiləri üçün hər zaman ehtiyat qüvvəmiz olmalıdır. Əlbəttə, hər məşqçi öz yetirməsinin yarışlara getməsini istəyir. Ancaq biz güləşçilərin hazırlığına və nizam-intizamına fikir veririk. Bəzən elə olur ki, toplanışa hansısa idmançını daxil edirik, sonra şəxsi problemləri olduğunu deyir. Problemi olan idmançı yığmanın hazırlıq prosesində iştirak edə bilməz.

Hansı idmançı nizam-intizama əməl edirsə, məşqçilərin verdiyi yüklənmələri və tapşırıqları uğurla yerinə yetirirsə, o da yığmanın tərkibində yer alır. Pərviz İbrahimov, Hacımurad Hacıyev, Əbubəkr Abakarov və Murad Süleymanov kimi gənclər dünya və Avropa çempionatlarında, başqa beynəlxalq yarışlarda uğurlu çıxış etməklə əsas yığmada yer alıb. Bizim onlara inamımız var.

Proqnoz vermək istəmirəm. Komandada zədəli güləşçilər var. Hacı zədəsini bərpa edərək məşqlərə qoşulub. Vətənimizi, dövlətimizi layiqincə təmsil etməyi qarşımıza məqsəd qoymuşuq. Bu il Qazaxıstan, Türkmənistan, Kanada, Fransa, İtaliya və Türkiyədən güləşçilər gəlib burada təlim-məşq toplanışı keçib. Bu da idmana və idmançılara dövlət səviyyəsində olan qayğının göstəricisidir. Şəxsən prezidentimiz İlham Əliyev qayğı göstərir. Biz də çalışacağıq ki, dünya çempionatında uğurlu çıxış edib, himnimizi səsləndirək və güləş azarkeşlərini sevindirək”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar