Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il 3825 sanator-kurort putyovkası verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu il ərzində 3825 sanator-kurort putyovkası verilib

ƏƏSMN-dən AzVision.az-a verilən məlumata görə, sanator-kurort putyovkaları Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli 128 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, ƏƏSMN yanında Dövlət Sosial Müdafiəsi Fondunun rayon (şəhər) şöbələri tərəfindən işləməyən əlillərə, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına, şəhid ailələrinə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, fövqəladə hallarda insanların xilas edilməsində, tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara növbəlilik qaydasında verilir.

Həmçinin əlilliyi olan şəxslərin asudə vaxtının təşkili məqsədi ilə bu kateqoriyadan olan 1229 nəfər Lənkəran, Quba və Xaçmaz rayonlarında yerləşən istirahət mərkəzlərinə göndərilib.

Nazirliyin “Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən Komissiyası”nın qərarı əsasında sosial müdafiəyə daha çox ehtiyacı olan 1085 nəfərin sosial-məişət problemlərinin həll edilməsinə, 52 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicə olunmasına köməklik göstərilməsi məqsədilə birdəfəlik maddi yardımlar edilib.

Səhiyyə Nazirliyinin “Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyası”nın müvafiq rəyi əsasında 15 nəfər əlilliyi olan şəxsin respublikadan kənar müalicəyə göndərilməsinə müvafiq köməklik göstərilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar