Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk yazardan Xaşuqcinin ölümüylə bağlı qalmaqallı analiz

“İşin dalında "Mossad" durur?” – Təhlil

Səudiyyəli jurnalist Camal Xaşuqi

Taha Dağlı

Haber7 (Türkiyə), 11.10.2018

Səudiyyə jurnalisti Camal Xaşuqcini heç harada tapa bilmirlər. O ölüdürsə, onda kim öldürüb? Diridirsə, onda kim oğurlayıb?

Bu suallara cavab axtararkən məxfi xidmətləri də hesaba almaq faydalıdır.

Hər şeydən öncə əldə olan məlumatlara üz tutaq.

Səudiyyə Ərəbistanı bir nömrəli müttəhimdir.

Xaşuqi ona məxsus baş konsulluğa girəndən sonra yox olub.

Jurnalistin binaya girdiyi kadrlar var, necə çıxır – yoxdur.

Səudiyyə Ərəbistanı rəhbərliyi və KİV-ləri neçə gün ərzində deyir: “Bu biz deyilik”.

Biz deyirik: “Sübut edin”.

Onlar bunu etməyə çətinlik çəkirlər.

Amma israr edirlər ki, bu onlarlıq deyil.

Tutaq ki, Sədudiyyə Ərəbistanı bu məsələdə, doğrudan da, günahkar deyil. Onda Xaşuqcinin başına gələnlərdə kim günahkardır?

Bu suala sıradakı cavabı verə bilərik: Türkiyə və Səudiyyə Ərəbistanının münasibətlərini korlamaq istəyənlər.

Çünki bu problem Türkiyə-Səudiyyə münasibətlərini birbaşa nişana götürür.

Səudiyyə administrasiyasının önəmli qanadı bu cür ehtimal haqda ciddi rahatsızlıq keçirir.

Ər-Riyadda nüfuzlu azlıq isə münasibətlərin qəti pisləşməsini arzulaya bilər.

Çünki BƏƏ-İsrail-ABŞ orbitinin əhvali-ruhiyyəsinə düşə bilib.

Həm BƏƏ, həm ABŞ, həm də İsrail Türkiyə və Səudiyyə Ərəbistanı münasibətlərinin korlanmasından məmnundur.

Və Türkiyə kəskin “Sən mənim ölkəmdə jurnalistləri necə öldürə bilirsən?” həmləsi etsə, münasibətlər korlanacaq.

Və bunun tərəfdarlarının ciddi çevrəsi var.

Amma, gəlin, məsələyə tamam əks tərəfdən baxaq.

Türkiyənin kəskin reaksiyasızlığı halında bizi Səudiyyə Ərəbistanının ünvanına “Ərəb dünyasının qalan hissəsiylə münasibətlərin korlanacaq” fikrinə vadar edənlər də var.

Ciddi olay və baş verənlərə istənilən reaksiyanın olması və olmamasının mənfi nəticələr verəcəyi göz qabağındadır.

Yəni yenə də sui-qəsdlə uğraşırıq.

Yaxşı, amma dünyada və hər şeydən qabaq müsəlman məkanında belə sui-qəsdləri kim təşkil edir?

Bu suala cavab zamanı birinci ağla gələn “Mossad”dır.

Mən iddia etmirəm ki, Xaşuqciylə bağlı hadisənin dalında “Mossad” durur, amma “Mossad”la bağlı bir şeyi xatırlatmağı faydalı sayıram.

Bu, 2010-cu il yanvarın 19-da olub.

BƏƏ-nin Fələstinlə, HƏMAS-la, Türkiyə ilə olduqca yaxşı münasibətləri var idi.

HƏMAS rəhbərliyi bu gün Qətərdə əsaslandığı kimi o vaxtlar Dubayda sakitcə qala bilirdi.

Bu, hamıdan çox isə İsraili rahatsız edirdi.

Mahmud əl-Məhbub (Mahmud Məhbub) HƏMAS-ın yüksəkməqamlı başçılarından biriydi. Sürgündə olan bu Fələstin lideri 2010-cu il yanvarın 19-da Dubayda düşdüyü oteldə qətlə yetirildi. Aydınlaşdı ki, qətlin arxasında “Mossad” durur.

Xeyli müxtəlif ölkələrin pasportlarından istifadə edən “Mossad” agentləri mehmanxanaya girib və qətl törədiblər.

Amma izaholunmaz bəzi məsələlər də var idi.

“Mossad” agentləri necə öyrəniblər ki, Fəlsətin lideri Dubaya yollanıb? Onun hansı otelə düşdüyü haqda məlumat onlarda haradan idi? Onlar qurbanın otelə haçan girdiyi və haçan çıxdığını necə müəyyən ediblər? Silah işlədilməyib, Mahmid əl-Məhbub zəhər yeritməklə öldürülüb. Hətta Dubay polisi hadisədən sonra təbii səbəblərdən ölüm haqda hesabat təqdim edib.

##relatedPostMilli##Sonradan aydın olub ki, “Mossad”ın otelə saxta pasportlarla girən qatillər komandasına bütün məlumatları BƏƏ daxilindəki İsraillə əməkdaşlıq edən hansısa azlıq verib. Yeri gəlmişkən, BƏƏ bu olaydan sonra İrsrailin nüfuz zonasına girib. O, HƏMAS-ı da, “Müsəlman qardaşlar”ı da terrorçu təşkilat elan edib. Türkiyəyə münasibətdə də təcavüzkar mövqe tutmağa başlayıb.

HƏMAS liderinin Dubayda “Mossad” casusları tərəfindən öldürülməsi Yaxın Şərqdə bu gün haqqında danışdığımız qüvvələr bölgüsünün meydana çıxmasında müəyyən era idi. Bu hadisədən sonra kartlar yenidən qarışdı və indiki ittifaqlar üçün zəmin hazırlandı.

Buna görə bu gün Xaşuqci məsələsinə də başqa baxış nöqtəsindən yanaşmaq faydalıdır.

Kimsə Türkiyə və Səudiyyə Ərəbistanını baş-başa gətirməyə çalışır, istəyir ki, buradan da yeni bölgülər yaransın.

Maraqlıdır, kim?

Tərcümə Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar