Şənbə, 16 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Ən uzunmüddətli aviareys həyata keçirilib

Singapore Airlines Airbus A350-900URL avialayneri 17 saat 52 dəqiqə havada qalıb

Sinqapur aviaşirkətinə məxsus təyyarə Sinqapur şəhərindən Nyu-Yorka qədər dayanmadan uçaraq tarixin ən uzunmüddətli reysini həyata keçirib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, uzun məsafəli uçuşlar uçün nəzərdə tutulmuş "Singapore Airlines Airbus A350-900URL" avialayneri 17 saat 52 dəqiqə havada qalıb.

CNN telekanalı qeyd edir ki, təyyarə məsafəni planlaşdırılandan daha sürətlə qət edib.

Təyyarədə 150 sərnişin və 17 ekipaj üzvü olub. CNBS telekanalının məlumatına görə, ekonom sinifdəki bir yerin qiyməti, təxminən, 2 min ABŞ dollarına bərabərdir.

pia.az

Şərh yazın.

loading...
-->