Çərşənbə axşamı, 21 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Azərbaycana maşın idxalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 14 min 680 ədəd minik avtomobili gətirilib

Bu, ölkəyə gətirilən avtomobillərin 90%-ni təşkil edir.

Ümumilikdə xaricdən 16 382 ədəd avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 739 ədəd və yaxud 2,5 dəfə çoxdur.

Avtomobillərin 110 ədədi sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulan motorlu nəqliyyat vasitələri, 1 507 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 85 ədədi xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

pia.az

Etiket: Avtomobil idxal

Şərh yazın.

loading...