Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycandakı investisiyalar yaxşı qorunur"

"AmCham Azərbaycan" 280-dən çox üzv və köməkçi şirkəti özündə birləşdirir

Azərbaycandakı investisiyalar yaxşı qorunur və bu da investisiyaların ölkəmizə yönəlməsi üçün daha bir təşviqedici amildir.

Azərbaycanda Amerika Ticarət Palatasından ("AmCham Azərbaycan") bildiriblər ki, bu barədə energetika naziri Pərviz Şahbazov "AmCham Azərbaycan"ın BP-nin dəstəyi ilə öz üzvləri üçün təşkil etdiyi aylıq işgüzar naharda deyib. Nazir enerji sektorunda son və gözlənilən dəyişikliklər və islahatlar, alternativ enerji və investisiya imkanları barədə danışıb.

P.Şahbazov qeyd edib ki, xarici və yerli investisiyaların böyük hissəsini təşkil edən "AmCham"ın üzvləri Azərbaycanın iqtisadi uğurlarına və inkişafına dəstək verən şirkətlərdir. Enerji sektoru ABŞ-dan, o cümlədən böyük transmilli şirkətlərdən investisiyaların cəlb edilməsi üçün ilk sahələrdən, həmçinin Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərdə olduqca mühüm əhəmiyyətə malikdir. Bu baxımdan ölkədəki investisiyalar yaxşı qorunur və bu da investisiyaların Azərbaycana yönəlməsi üçün daha bir təşviqedici amildir. P.Şahbazov daha sonra bərpa olunan enerji potensialı ilə bağlı məlumat verərək "Azəri-Çıraq-Günəşli" (AÇG) müqaviləsinin rolu və Azərbaycan iqtisadiyyatının inkişafı üçün “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini vurğulayıb.

Eyni zamanda, tədbirdə palatanın növbədənkənar ümumi yığıncağı keçirilib. Palatanın üzvləri müsbət mövqe nümayiş etdirərək "AmCham"ın Direktorlar Şurasının üzvlüyünə namizədliyin uyğunluq meyarlarının qəbul edilməsini dəstəkləyiblər.

Bununla yanaşı, işgüzar naharda "AmCham"ın üzvləri olan "PAŞA Sığorta", "FireWorks" və "Deloitte Azərbaycan" tərəfindən təqdimatlar keçirilib. Tədbirdə diplomatik korpusun nümayəndələri də daxil olmaqla 150-dən çox qonaq iştirak edib.

Qeyd edək ki, "AmCham Azərbaycan"ın üzvlərinin işgüzar naharı palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər. Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış "AmCham Azərbaycan" iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv və köməkçi şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80 faizini, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.(AzərTAc)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar