Cümə axşamı, 21 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Keşiş Brunson böhranı həll olunur: Türk lirəsi yenidən əvvəlki mövqeyini bərpa edə biləcək?

Ekspert: “Türk lirəsinin davamlı möhkəmliyi, həm də Türkiyə iqtisadiyyatının özünün dayanıqlı inkişafı üçün xarici borcunun azaldılması üzrə işlər görülməlidir”

“Lirənin köhnə mövqeyinə qayıtması bir o qədər də real görünmür. Çünki Türkiyənin problemləri, yəni iqtisadiyyatda olan struktur problemləri tək keşiş Endryu Bransonla olan məsələ deyildi”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Türkiyəyə qarşı ABŞ sanksiyaları ləğv edildiyi halda türk lirəsinin yenidən dəyər qazanmasını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Ankara və Vaşinqton amerikalı keşiş Endryu Bransonun azad edilməsi və ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsi barədə razılıq əldə edib. Bu barədə cümə axşamı "The Washington Post" qəzeti öz elektron versiyasında məlumat dərc edib.

Qəzet ABŞ-ın adı açıqlanmayan vəzifəli şəxslərinə və Branson işində hadisələrin inkişafı ilə bağlı məlumatlı digər mənbələrə istinadən qeyd edir ki, keşiş artıq cümə günü növbəti məhkəmə iclasından sonra azadlığa buraxıla bilər. Öz növbəsində, nəşrin məlumatına görə, Amerika administrasiyası Branson işi ilə əlaqədar Türkiyəyə qarşı tətbiq edilmiş məhdudlaşdırıcı tədbirləri aradan qaldırmaq və bu cür yeni məhdudiyyətlər tətbiq etməmək barədə üzərinə öhdəlik götürüb.

Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Prokuror Bransona 35 il cəza tələb edirdi.

Sanksiyalar ləğv edildiyi halda türk lirəsi yenidən dəyər qazanıb əvvəlki mövqeyini bərpa edə bilərmi və Türkiyə iqtisadiyyatının dollardan bu qədər asılılığını ortadan qaldırmaq üçün yollar varmı?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Natiq Cəfərli: “Türk lirəsi köhnə mövqeyinə qayıtmasa da, amma bir az da möhkəmlənməsini müşahidə edə biləcəyik”.

Türk lirəsinin çox möhkəmlənməsinin Türkiyə iqtisadiyatı üçün o qədər də yaxşı olmadığını vurğulayan iqtisadçı ekspert əlavə edib ki, bundan sonra türk lirəsinin kifayət qədər çox möhkəmlənməsi ixracata, turizmə mənfi təsir göstərər bilər:

“Əslində bu xəbərlərin çıxması artıq türk lirəsinə pozitiv təsir göstərib. İki gündür lirə dollar qarşısında güclənir. Dünən axşam və bü gün səhər lirə psixoloji hədd olan 6 lirənin altına endi. İndi təqribən 5 lirə 90 quruş 1 dollara bərabərdir. Amma lirənin köhnə mövqeyinə qayıtması bir o qədər də real görünmür. Çünki Türkiyənin problemləri, yəni iqtisadiyyatda olan struktur problemləri tək keşiş Endryu Bransonla olan məsələ deyildi. Təbii ki, bu hadisənin lirəyə böyük təsirləri vardı, amma Türkiyə dövlətinin özünün struktru problemləri də var. Özəl sektorun təqribən yarım trilyon dollara yaxın, yəni 480-490 milyard dolara yaxın xarici borcu var. Bunların geri qaytarılmasının intensiv dövrü ilin sonuna yaxın olacaq. Bu zaman da dollara tələbatın artmasını görəcəyik.

İlin əvvələrində təqribən 4 lirə yarım bir dollara bərabər idi. İndi isə bayaq dediyim kimi 5 lirə 90 quruş bir dollara bərabərdir. Türk lirəsi köhnə mövqeyinə qayıtmasa da, amma bir az da möhkəmlənməsini görə bilərik. Lirə təqribən 5 lirə 50 quruşa qədər möhkəmənə bilər. Amma lirənin bundan daha çox möhkəmlənməsi yaxın zamanlarda o qədər də real görünmür. Türk lirəsinin reaksiyası o qədər həssas bir bazardır ki, ola bilər ki, gələcəkdə ABŞ-la və yaxud hər hansı Qərb ölkəsi ilə siyasi problemlər yaşansa, yenidən lirənin dəyərinin düşdüyünü görə bilərik. Yəni türk lirəsi xarici faktorlara kifayət qədər həssas bir reaksiya verir. Türk lirəsinin davamlı möhkəmliyi, həm də Türkiyə iqtisadiyyatının özünün dayanıqlı inkişafı üçün xarici borcunun azaldılması üzrə işlər görülməlidir. Bu zaman türk lirəsi kifayət qədər möhkəmlənə bilər.

Natiq Cəfərli: “Türk lirəsi tez-tez dəyişməməlidir ki, iqtisadi oyunçular önünü görə bilsinlər”.

Bir məsələni də qeyd edim. Bu barədə çox az danışılır. Əslində türk lirəsinin çox möhkəmlənməsi Türkiyə iqtisadiyatı üçün o qədər də yaxşı deyil. Çünki Türkiyənin ixracatı kifayət qədər genişdir. Türkiyə təqribən hər il 270-280 milyard dollara yaxın ixracat həyata keçirir. Bu kifayət qədər böyük rəqəmdir. Mən turizmi də nəzərə alaraq bu rəqəmi dedim. Türk lirəsinin kifayət qədər çox möhkəmlənməsi ixracata, turizmə mənfi təsir göstərər bilər. Buna görə də lirənin çox möhkəmlənməsi Türkiyə iqtisadiyyatı üçün yaxşı bir hal deyil. Amma sabitliyin olması daha vacibdir. Yəni türk lirəsi çox qırılğan olmamalıdır. Tez-tez dəyişməməlidir ki, iqtisadi oyunçular önünü görə bilsinlər.

Hesab edirəm ki, Türkiyə hökümətinin də indi əsas hədəfi bu dalğallığın qarşısın almaqdır. Yəni onlar kəskin enmələrin, kəskin qalxmaların qarşısın almaq və sabitlik yaratmaq istəyirlər. Bu sabitlik nöqtəsi də düşünürəm ki, 5 dollar yarım 1 dollar olan səviyyə artıq sabitlik nöqtəsinə yaxın bir nöqtə olacaq”.

İqtisadçı ekspert Natiq Cəfərli dünya birjalarında dolların hökmranlığı mövzusunda olan sualımızı da cavablandırıb.

Hazırda ABŞ 2 milyarda yaxın əhalisi və 15 trilyon dollara yaxın ÜDM-i olan dünyanın onda birinə qarşı iqtisadi müharibə aparır. Yəni ABŞ Rusiya, İran, Venesuela, Kuba, Sudan, Zimbabve, Myanma, Konqo Demokratik Respublikası, Şimali Koreya və digər ölkələrə müxtəlif formalarda sanksiyalar tətbiq etməkdədir. Bu dövlətlərlə yanaşı, tam formada sanksiyalara məruz qalmayan, amma ABŞ tərəfindən müxtəlif iqtisadi təzyiqlərlə üzləşən Çin, Pakistan və Türkiyə kimi ölkələrin də daxil olduğu siyahı genişlənməkdədir. Əlavə olaraq, xeyli sayda ölkədən minlərlə fiziki şəxs ABŞ Maliyyə Nazirliyi tərəfindən hazırlanmış xüsusi siyahıya daxil edilərək, qlobal maliyyə sistemindən istifadə etmək hüququndan məhrum olunub”.

Natiq Cəfərli: “Dolların hökümarnlığı böhranlara səbəb olsaydı 70 ildə səbəb olardı. Təbii ki, dünyada böhranlar olub və bu dolların dünya ticarətində önəmli olmasından irəli gəlməyib”.

Dünya birjalarında dolların hökmranlığı dünya iqtisadi sistemində böhrana səbəb ola bilərmi sualımıza cavab verən iqtisadçı ekspert görə qısa zamanda dünya ticarətini başqa valyutaya keçirmək o qədər də real görünmür:

“Dolların hökmüranlığı ya bu il, ya da keçən il başlamayıb. Təqribən 1946-cı ildən sonra dünya ticarətində dolların hökmüranlığı və dolların üzərində ticarətin olması davam edir. Artıq 60-70 ildir ki, bu sistem qurulub. Dolların hökümarnlığı böhranlara səbəb olsaydı 70 ildə səbəb olardı. Təbii ki, dünyada böhranlar olub və bu dolların dünya ticarətində önəmli olmasından irəli gəlməyib. Böhranlar struktur problemlərindən dalğa-dalğa gələn problemlərdən irəli gəlib.

Yaxın zaman çərçivəsində dolların hegemonluğunun qarşısını almaq çox çətin bir prosesdir. Bəzi ölkələr buna girişiblər. Rusiya, Çin, Türkiyə bununla bağlı ciddi bəyanatlar veriblər. Amma səlində bir reallıq var. Dünya ticarətinin 72-73 faizi dollar üzərində qurulur və müqavilələr dollarla bağlanılır. Bunun qısa zamanda başqa valyutaya keçirmək əslində o qədər də real görünmür. Hələ uzun illər dolların dünya ticarətində hegamon olmasını görəcəyik. Çünki bunun arxasında ABŞ iqtisadiyyatı və ABŞ-ın iqtisadi gücü dayanır. Bir çox ölkələr özləri könüllü şəkildə dollar üzərindən mqavilə bağlamağa və öz qızıl valyuta ehtiyatlarını dollarda saxlamağa üstünlük verirlər.

Buna da qeyd edim ki, ABŞ-da çap olunan dollarların cəmi 1/3-i ABŞ-dadır. Qalan hissəsi bütün dünyaya yayılıb. Yəni dolların 70 faizə yaxını bütün dünya ölkələri tərəfindən həzm edilib. Bu bunun çox qısa bir zamanda əksinə dönməsi açığı real görünmür”.

Nərminə UMUDLU
pia.az

Şərh yazın.

loading...