Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın ABŞ-ın BMT-dəki səfiri postuna namizədi imtina etdi

Dina Povell Vol Stritdə qalmağı üstün tutub

Birləşmiş Ştatların BMT-dəki səfiri postuna namizədliyi verilmiş şirkət rəsmisi namizədliyini geri götürüb. Bu haqda media yazır.

“Goldman Sachs” şirkətinin menecment komitəsinin üzvü olan Dina Povell namizədliyini geri çəkib. Xəbəri AP və “Reuters” adını çəkmədiyi rəsmilərə istinadla yayıb. Agentliklərin yazmasına görə, Povell telefonla Prezident Donald Trampa deyib ki, namizədliyinin nəzərdən keçirilməsindən şərəf duyur, amma Vol Stritdəki vəzifəsində qalmaq istəyir.

Daha öncə Birləşmiş Ştatların BMT-dəki səfiri Nikki Haley idi. Haley bu həftə – oktyabrın 10-da gözlənilmədən istefaya getmək istədiyini açıqladı. Povell vaxtilə Tramp administrasiyasında milli təhlükəsizlik müşavirinin müavini kimi çalışıb.

Tramp BMT-dəki vəzifəyə Povell-in də namizədliyinə baxıldığını açıqlayıb. Amma “Reuters” yazırdı ki, Ağ evdə Povellin dönüşünə qarşı çıxanlar var. Hətta administrasiyanın bəzi aparıcı rəsmiləri onun açıqlamasından öncə demişdilər ki, namizədliyi daha gündəmdə deyil.(Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

“Kristal Abşeron”un tikdiyi “Qobu Park-3”də binalar əyilir... – Bəs niyə heç kim məculiyyətə cəlb edilmir?

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar