Cümə, 24 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Türkiyədə Azərbaycana məxsus yük maşını çaya düşdü: Yaralılar var

Türkiyənin Kayseri vilayətində Azərbaycan seriyalı “99-AZ-285” dövlət qeydiyyat nişanlı yük avtomobili qəzaya uğrayıb

Trend-in məlumatına görə, avtomobil 15 metr yüksəklikdən Kızılırmak çayına düşüb.

Qəzada eyni zamanda dörd avtomobilə ziyan dəyib.

Hadisə nəticəsində ümumilikdə 7 nəfər yaralanıb. Onların şəhər xəstəxanasına çatdırıldığı, vəziyyətlərinin normal olduğu bildirilir.

Yol-nəqliyyat hadisəsinin hansı səbəbdən baş verdiyi araşdırılır.

pia.az

Etiket: Türkiyə qəza

Şərh yazın.

loading...