Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan sammitdə Azərbaycan havasına oynadı - Video

Ermənilər nöbvəti dəfə Azərbaycanın milli musiqisini oğurlayaraq özlərinki kimi təqdim ediblər

PİA.AZ Report-a istinadən xəbər verir ki, oktyabrın 11-də Yerevanda 58 ölkəni birləşdirən Frankofoniya Beynəlxalq Təşkilatının sammiti keçirilib.

Əvvəllər ciddi beynəlxalq konfranslara ev sahibliyi etməmiş Ermənistan bu tədbirə Azərbaycana qarşı təxribat fürsəti kimi baxıb.

Əvvəlcə Yerevanda açılan “Frankofoniya şəhərciyi”ndə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi Ermənistan pavilyonu nəzdində təqdim edilib. Amma işğalçı ölkənin siyasi rəhbərliyi bununla kifayətlənməyib.

Frankofoniya sammitinin rəsmi hissəsi başa çatandan sonra gəzinti və ziyafət təşkil edilib. Ziyafətdə səslənən musiqilər isə Azərbaycandan oğurlanma olub. Ermənistanın baş naziri Nikol Paşinyan, tədbirdə iştirak edən dövlət və hökumət başçıları, eləcə də başqa ölkələrin rəsmləri ziyafət zamanı erməni musiqisi kimi səsləndirilən Azərbaycan rəqs havalarına oynayıblar.

Novxanı qəsəbəsi Mehdi Hüseynzadə adına orta məkətbin musiqi müəllimi Təranə Əliməmmədova “Report”a bildirib ki, birinci videoda Azərbaycanın “Duy-duy” və “Xurcunu” rəqslərinin qarışığı səsləndirilib.

İkinci videodakı hava isə Azərbaycanın “Basqalı” rəqsidir.

Frankofoniya sammitinin ziyafət hissəsində oynanılan rəqslərin və Azərbaycan rəqs musiqilərinin orjinallarını təqdim edirik.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar