Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrda premyera – “Bağdadda bir gün”

Oktyabrın 12-də saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında 109-cu mövsümün ilk premyerası – "Bağdadda bir gün” iki hissəli musiqili komediyası nümayiş olunacaq

Tamaşa Xalq artisti, görkəmli bəstəkar Emin Sabitoğlunun eyniadlı operettası əsasında hazırlanmışdır. Teatrın rus bölməsində ərsəyə gələn səhnə əsərinin quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

Maraqlı və rəngarəng süjet xətti, zəngin səhnə dekorasiyası olan bu tamaşanı “böyüklər üçün nağıl” da adlandırmaq olar. Çünki insanlar “zaman və məkan” anlayışından asılı olmayaraq, hər an xoşbəxtlik arzusundadırlar. Mövzu aktualdır. Şərq motivləri ilə yanaşı, milli koloritlərin də geniş təcəssüm olunduğu bu tamaşada hadisələr Bağdad xəlifəsi Harun ər Rəşidin dövründə baş versə də, müasir zamanla səsləşir. Əsərdə qəhrəmanların bir çox maneələrə baxmayaraq pak məhəbbət axtarışı xoşbəxt sonluqla nəticələnir, şəhvət hissi ilə ülvi sevgini bir-birindən ayırmayanlar isə öz cəzasına çatırlar.

Premyerada rolları Əməkdar artistlər Boris Qrafkin (Masrur), Anton Ferştdant (Harun ər Rəşid), Svetlana Bulax (Afət), aktyorlar Emil Heydərov (Səlim), Yuliya Heydərova (Züleyxa), Pərviz Məmmədov (Bəhram), Mehriban Zalıyeva (Leyla), Əliməmməd Novruzov (Rəhim) Nadejda Povelitsina və Telnaz Hüseynova (Xacələr) ifa edəcəklər. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı, Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

“Kristal Abşeron”un tikdiyi “Qobu Park-3”də binalar əyilir... – Bəs niyə heç kim məculiyyətə cəlb edilmir?

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar