Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il pambıqçılıqdan nə gözlənilir? - Yenə batıracağıqmı?...

Kənd təsərrüfatı üzrə ekspert: “Bu gün daha çox pambıq istehsalı ilə məşğul olanlar bələdiyyə fəalları, məktəb direktorlarıdır”

İranda, Türkiyədə olduğu kimi hər kiloqram pambıq üçün 90 sent, yəni 1 manat 50 qəpik vəsait ödənilməlidir ki, kəndlilər öz bizneslərini genişləndirə, istehsalı artıra bilsin, həm də istehsalda maraqlı olsunlar”.

Bu fikirləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Prezidentin son müşavirədə pambıqçılıqla bağlı iradlarını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib ki, keçən il pambıq məhsuldarlığı 207 min ton, yəni 2016-cı ilin göstəricisindən 2 dəfədən çox olub. Bu il təqribən 250-260 min ton pambığın tədarükü nəzərdə tutulur.

Prezident qeyd edib ki, məhsuldarlıq artırıla bilər. “Biz pambıqçılığı daha səmərəli şəkildə inkişaf etdirməliyik. Məhsuldarlıq artmalıdır. Keçən ilin məhsuldarlığı bizi heç cür qane edə bilməzdi. Bunun bir çox səbəbləri vardır və göstəriş verilmişdir, səbəblər araşdırılsın ki, biz pambıqçılığı məhsuldarlıq hesabına inkişaf etdirək”, - dövlət başçısı vurğulayıb.

Prezidentin sözlərinə görə, məhsuldarlıq hektardan minimum 20 sentner olmalıdır. “Müasir texnologiyaların tətbiq olunduğu, düzgün aqrotexniki xidmət göstərildiyi bir vaxtda məhsuldarlıq daha da artır. Mən rəqəm səsləndirmək istəmirəm, ancaq hesab edirəm ki, burada inkişaf üçün çox böyük potensial var”, - İlham Əliyev deyib.

Prezident əlavə edib ki, hazırda ölkədə pambıqçılıqda 190 mindən çox insan işləyir.Prezidentin sözlərinə görə, pambığın alış qiyməti bir neçə dəfə artırılıb ki, pambıqçılıqla məşğul olanlar daha çox pul qazansınlar.

Qeyd edək ki, hazırda bütün Aran rayonlarında pambıq yığımı gedir. Bəs pambıq yığımı ilə bağlı vəziyyət necədir və bu il məhsuldarlığın artması gözlənilirmi? Ümumiyyətlə pambıqçılığın rentabelli olması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmova müraciət edib.

Vahid Məhərrəmov: “Bu sahə o zaman inkişaf edəcək ki, pambığın emalı və onun ixracı ilə məşğul olan oliqarxlar əldə etdikləri gəliri istehsalçılarla, fermerlərlə bölüşsün”.

İranda, Türkiyədə olduğu kimi hər kiloqram pambıq üçün 90 sent, yəni 1 manat 50 qəpik vəsait ödənilməli olduğunu qeyd edən ekspert Vahid Məhərrəmov əlavə edib ki, belə olan halda fermerlər, kəndlilər öz bizneslərini genişləndirə, istehsalı artıra biləcəklər, həm də istehsalda maraqlı olacaqlar:

“Biz araşdırmışdıq ki, keçən il pambıqçılar 10 milyon manat ziyana məruz qalıblar. Bu göstərici artıq Dövlət Statistika Komitəsinin məlumatında da öz təsdiqini tapıb. Yəni bizim dediklərimiz tamamilə doğrudur . Keçən il ümumi ölkə üzrə fermerlər, kəndlilər pambıq istehsalından gəlir əldə edlə bilməyiblər. Ola bilsin ki, kimsə gəlir əldə edib. Amma ziyana məruz qalanların sayı daha çox olduğundan, ümumillikdə o məlum oldu ki, keçən il pambıqçılıq fermerlərimiz üçün rentabelli olmayıb, əskinə ziyanla başa gəlib.

Qeyd edim ki, pambıqçılığı zorla inkişaf etdirmək mümkün olan iş deyil. Mən tarlalarda oluram və müşahidə aparıram ki, yenə əvvəlki illərdə olduğu kimi elə sahələr var ki, orada pambığın hündürlüyü 5 sm-dir, elə sahələr də var ki, orada pambığın hündürlüyü 1 metrdən artıqdır. Ancaq ümumillikdə götürəndə bitkinin zəif olması o dəqiqə nəzərə çarpır. Bu da o deməkdir ki, məhsul az olacaq. Ola bilsin ki, bu il məhsul keçən ilki məhsuldan çox olsun, amma o da nəzərə alınmalıdır ki, ölkə üzrə məhsuldarlıq ən azı 25 sentner olmalıdır ki, bu sahə gəlirli olsun. Onu da qeyd edim ki, indiki formada pambıqçılığı inkişaf etdirmək mümkün olmayacaq.

Vahid Məhərrəmov: “Çalışmaq lazımdır ki, bu sahədən daha çox istehlakçı oliqarxlar deyil, kəndli istehsalçılar gəlir əldə etsinlər”.

Bu sahə o zaman inkişaf edəcək ki, pambığın emalı və onun ixracı ilə məşğul olan oliqarxlar əldə etdikləri gəliri istehsalçılarla, fermerlərlə bölüşsün. Yəni ədalətli bölgü olsa, bu halda pambıq istehsalında kəndlilər, fermerlər maraqlı olacaqlar. Bu gün daha çox pambıq istehsalı ilə məşğul olanlar bələdiyyə fəalları, məktəb direktorlarıdır. Buna görə də bu şərtlərlə pambıqçılığı inkişaf etdirmək olmayacaq. Çalışmaq lazımdır ki, bu sahədə mövcud olan problemlər aradan qaldırılsın.

Həmçinin çalışmaq lazımdır ki, bu sahədən daha çox istehlakçı oliqarxlar deyil, kəndli istehsalçılar gəlir əldə etsinlər. Ona görə ki, ən çətin iş məhsulun istehsalı ilə bağlıdır. Çünki pambıq istehsalı zamanı daha çox fiziki əməkdən, maliyyə resursundan istifadə olunur və isrehsal prosesi riskli olduğuna görə fermerlərə, kəndlilərə imkan vermək lazımdır ki, onlar daha çox gəlir əldə edə bilsinlər.

Heç olmasa İranda, Türkiyədə olduğu kimi hər kiloqram pambıq üçün 90 sent, yəni 1 manat 50 qəpik vəsait ödənilməlidir ki, kəndlilər öz bizneslərini genişləndirə, istehsalı artıra bilsin, həm də istehsalda maraqlı olsunlar. Belə olan halda bu sahədə problem olmaz”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar