Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov özbəkistanlı həmkarı ilə hərbi əməkdaşlıq Planı imzaladı

Daşkənddə keçiriləcək Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Özbəkistanda səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri, general-mayor Abdusalom Azizov ilə görüşüb

Müdafiə Nazirliyindən verilən məlumata görə, Özbəkistanın müdafiə naziri hər iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın daha da inkişafında maraqlı olduqlarını bildirib.

Görüşdə müdafiə və hərbi təhsil sahəsində birgə əməkdaşlığın indiki vəziyyəti və perspektivləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub, hərbi-texniki istiqamətdə qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Özbəkistan hərbi təhsil sahəsində təcrübə mübadiləsi ilə bağlı Azərbaycanla birgə tədbirlər keçirilməsini planlaşdırır. Söhbət zamanı qeyd olunub ki, Özbəkistanın hərbi mütəxəssisləri Azərbaycan ərazisində keçirilən beynəlxalq təlimlərdə müşahidəçi kimi iştirak edəcəklər.

Görüşün sonunda Azərbaycanın və Özbəkistanın müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı imzalanıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar