Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell ilə dünyanı daha gözəl görün!

“Dünya Görmə Günü”ndə Azercell-dən pulsuz göz müayinəsi

Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə oktyabr ayının ikinci cümə axşamı hər il Dünya Görmə Günü (World Sight Day) kimi qeyd edilir. Korluğun qarşısının alınması üzrə Beynəlxalq Agentliyin məlumatına əsasən, dünyada təqribən 300 milyona yaxın insanın gözlə bağlı problemləri vardır. Onların 39 milyonu görmə qabiliyyətini tamamilə itirib. Görmə problemləri olan insanların 19 milyonu uşaqlardır, onlardan 1,5 milyon uşaq tam korluqdan əziyyət çəkir. Dünyada hər il görmə problemləri olan insanların sayı 45 min artır. Həkimlərin rəyinə görə, vaxtında müdaxilə olunarsa, korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Gözlərin müayinəsi və eynəklərlə təminat nəticəsində yer kürəsində 153 milyon insanın həyatı dəyişə

İnsanların rifahına və gələcək nəslin sağlam böyüməsinə yönəlik bır sıra sosial təşəbbüsləri dəstəkləyən və fəaliyyəti boyunca bu yöndə layihələr həyata keçirən “Azercell Telekom” MMC-nin ”Mobil Göz Klinikası” il boyu olduğu kimi, təqvimdəki bu gün münasibətilə də növbəti səfərə çıxıb. Belə ki, şirkətin dəstəyilə ilə yaradılan və artıq 7 ildir fəaliyyət göstərən “Mobil Göz Klinikası”nın həkimləri 11 oktyabrda Zabrat qəsəbəsində yerləşən sosial sığınacaq və reabilitasiya müəssisəsində oftalmoloji müayinə keçiriblər. Klinkanın həkimləri qaçqın və məcburi köçkünləri, şəhid ailələrini, onların uşaqlarını, xəstə və kimsəsiz, xüsusi ehtiyacı olan azyaşlıları, uğursuz ailədən olan uşaqları, ahılları, əlilləri müayinə ediblər.

Qeyd edək ki, 2011-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan “Mobil Göz Klinikası” Bakı şəhəri daxil olmaqla Azərbaycanın əksər rayonlarında uşaq və ahıllar evlərini, məktəbləri ziyarət edir. Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilirən müayinələr zamanı insanlara peşəkar oftalmoloqlar, mütəxəssislər xidmət göstərir, gözlərin qorunması üçün zəruri məsləhətlər verirlər. 2017-ci ildə Azercell “Mobil Göz Klinikası”nda Bakı və bölgələrdən 1426 nəfər pulsuz göz müayinəsindən keçib. 7 il ərzində isə 6063 nəfər bu unikal layihədən yararlanıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar