Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ilə bağlı daha bir müəmmalı qətl hadisəsinin təfərrüatları gün üzünə çıxır

Ölkə xəzinəsindən 200 milyard dollar pul oğurlandığını təsbit edən Andrey Kozlov “çox şey bilməsi”nin qurbanı olub

Qərb mətbuatında Kremlin maliyyə maxinasiyaları ilə əlaqədar qalmaqallı yazıların ardı arası kəsilmir.

ABŞ-ın “The Daily Beast” qəzetində Niko Hayns tərəfindən qələmə alınan məqalə bu qəbildəndir. Burada Rusiyada talanan 200 milyard dollar puldan və bunun ətrafında baş verən müəmmalı qətllərdən bəhs edilir.

Müəllif 2006-cı ilin yayında Rusiya Mərkəzi Bankının sədr müavini Andrey Kozlovun Estoniyaya gələrək yerli hakimiyyəti burada təşkil edilən “pul yuyulmalar”nın heyrətamiz sxemi haqqında xəbərdarlıq etdiyini yazır.

Kozlovun bunu özbaşına və ya kimlərsə koordinasiya şəklində etdiyi bilinməsə də, onun tərəfindən ifşa edilən fırıldaqçılıq çirkli pulların “yuyulması” tarixində ən böyük qalmaqallardan birinə səbəb olub. Belə ki, qarət edilən və adı bir çox korrupsiya işində hallanan “Danske Bank” vasitəsilə Qərbə köçürülən pulların məbləği 200 milyardı (ABŞ dolları) ötüb.

Lakin Kozlov bu qəhrəmanlığından cəmi 3 həftə sonra öldürülüb.

Müəllif yazır: “Andrey Kozlov “Danske” ətrafındakı qalmaqallarla görə başı gedən 3-cü adamdır. Ondan başqa bankın Estoniyadakı filialının xidmətlərindən istifadə edən Aleksandr Peripeliçniy Britaniyada naməlum şəraitdə ölüb. Ölkə vergilərindən gələn 230 milyon dollarlıq məbləğin xaricə qaçırılmasının üstünü açan Sergey Maqnitski isə həbsxanada işgəncələr altında dünyasını dəyişib. Həmin pulların da “Danske Bank” tərəfindən yuyulduğu ortaya çıxıb”.

2006-cı ilin sentyabrın 13-də isə 3 naməlum şəxs Kozlovun xidməti maşınını gülləbaran ediblər. Sürücü dərhal yerində keçinib. Kozlov isə səhərisi gün xəstəxanada ölüb.

“Ən maraqlısı isə odur ki, hadisədən cəmi bir neçə saat sonra Rusiya rəsmiləri Kozlovun guya vaxtiə lisenziyasını əlindən aldığı kiçik banklardan birinin rəhbəri tərəfindən öldürüldüyünü bəyan ediblər.

“VİP-bank”ın sahibi olduğu deyilən Aleksey Frenkel adlı iş adamı qətldə günahkar bilinib və sifarişçi kimi 19 il həbs cəzası alıb.

“Lakin həmin vaxtdan bu yana Aleksey Frenkel heç bir günahının olmadığında israr edir”, sayt yazır.

Aleksey Frenkel

Niko Haynsın fikrincə, Kozlov 2006-cı ildə Estoniyaya getməklə əslində özünə ölüm hökmü oxumuş olub: “O, həmin ilin yayında yerli hüquq-mühafizə orqanlarını “Sampo Bank” adlı bankın Estoniya filialı vasitəsilə Qərbə milyardlarla ölçülən pul miqdarının köçürüldüyü məlumat verib. Mərkəzi qərargahı Finlandiyada yerləşən “Sampo bank” sonradan Danimarkanın “Danske” bankı tərəfindən satın alınıb.

Tallində Andrey Kozlov Estoniyanın Maliyyə nəzarəti idarəsinin çirkli pulların yuylması bölməsinə başçılıq edən Andres Palumaya bu pulların vergi qaçaqçılığı və başqa naməlum qaynaqlardən gəldiyini söyləyib. Kozlov həmçinin bir neçə konkret hesabın bağlanmasını tələb edib”.

Başqa sözlə, müəllif görüşdən sonra Palumanın Kozlovun antikorrupsiya əməliyyatı barədə Moskvaya məlumat verdiyini iddia edir.

Kozlovun “ölüm səyahəti“ barədə ilk məlumat isə qətldən bir ay sonra Estoniyanın “Eesti Ekspers” qəzeti məlumat verib.

İndi hadisədən 12 il keçdikdən sonra “Danske” bankının əlinin altından bütün bu müddət ərzində Rusiya və digər MDB ölkələrindən 234 milyard ABŞ dollarının keçdiyi məlum olur. Danimarkanın “Berlingske” qəzetinə sızdırılan infromasiyaya əsasən isə bir neçə şübhəli bank hesabının Putin ailəsi və FTX tərəfindən idarə oldunduğu aşkara çıxıb.

“Danske” bankının əldə etdiyi “Sampo bank”ın Estoniya filialının Rusiyadan yönləndirilən kriminal şəbəkənin mərkəzi qovşaq nöqtələrindən biri olduğu faş edilib. (musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar