Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazim Bəydəmirli: “Məmur sahibkarlığı Azərbaycan iqtisadiyyatını iflic vəziyyətə salıb”

İqtisadçı ekspert: “Azərbaycanda biznesi və sahibkarlığı məmurların monopoliyasından çıxarmaq üçün bizneslə məşğul olan məmurları işdən çıxarmaq lazımdır”

“Dövlət qulluqçusunun, ən əsas da siyasi vəzifələr daşıyan insanların, digər formada deputatların qanunla qadağan olunduğu kimi biznes fəaliyyəti reallıqda da qadağan olunmalıdır”.

Bu fikirləri tanınmış iqtisadçı Nazim Bəydəmirli Prezident İlham Əliyevin Nazirlər Kabinetinin bu ilin 9 ayının yekunlarına həsr olunan iclasında məmurlara ciddi xəbərdarlığını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ilin 9 ayının yekunlarına həsr olunan iclasında əldə edilən uğurlarla yanaşı, mövcud olan bir sıra problem və çatışmazlıqlardan da danışıb. İclasdakı yekun nitqində dövlət başçısı vergidən yayınan sahibkarların və onlara şərait yaratmağa təşəbbüs edəcək məmurların ciddi cəzalandırılacağını vurğulayıb.

Dövlət başçısı bildirib ki, şəffaflıq vergi və gömrük orqanlarında tam təmin edilməlidir, struktur islahatları davam etdirilməlidir: “Korrupsiyaya, rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparılır və aparılacaqdır. Bu kompleks tədbirlər biznes mühitinin yaxşılaşdırılmasına öz dəstəyini verəcək. Sağlam rəqabətin təmin edilməsi üçün indi şərait yaradılır. İnhisarçılığa qarşı mübarizə çox ciddi xarakter alıbdır. Bir daha demək istəyirəm ki, bütün aidiyyəti qurumlar, özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar. Vergi və gömrük sistemləri Azərbaycanda şəffaflığın nümunəsi olmalıdır. Mən göstəriş vermişəm ki, bu sahədə Avropanın aparıcı dövlətlərinin təcrübəsi Azərbaycanda tam tətbiq edilməlidir. Bu istiqamətdə işlər gedir”.

Bilirik ki, Azərbaycanda məmurlar həmçinin bizneslə məşğul olurlar. Bəs Azərbaycanda biznesi və sahibkarlığı məmurların monopoliyasından çıxarmaq üçün hansı addımlar atılmalıdır?

PİA.az-ın əməkdaşı bu mövzunu iqtisadçı-ekspert Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Əgər jurnalist araşdırmalarında sübut olunursa ki, filan məmur və onun yaxın qohumu bizneslə məşğuldur, həmin adam vəzifəsindən gedib biznesinə rəhbərlik etməlidir”.

Məmurların öz ailə üzvlərinə və yetkinlik yaşına çatmış, çatmamış övladlarının, qohumlarının adına müxtəlif şirkətlər təsis etdiklərini vurğulayan iqtisadçı ekspert PİA.az-a açıqlamasında xatırladıb ki, bu şirkətlər də həm dövlət tenderlərində iştirak edib kağız üzərində əsassız olaraq varlanırlar, həm də korrupsiya, rüşvətxorluğa qurşanıb rəqabət mühitini pisləşdirirlər:

Azərbaycanda biznesi və sahibkarlığı məmurların monopoliyasından çıxarmaq üçün bizneslə məşğul olan məmurları işdən çıxarmaq lazımdır. Məmur sahibkarlığı Azərbaycanın ən böyük problemidir. Belə ki, monopoliya yaradırlar, rəqabət mühitini pisləşdirirlər və vergilərdən müxtəlif üsullarla yayınırlar. Buna görə də məmurların gəlir məlumat deklarasiyası tətbiq olunmalıdır. Antikorrupsiya qanuna görə 2015-ci ildən verilməli olan deklarasiyalar, bəyannamələr hələ də tətbiq olunmur. Bildiyimiz kimi cənab Prezident Antikorrupsiya Komissiyası yaradıb və bu komissiyanın rəhbəri akademik Ramiz Mehdiyevdir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ilin 9 ayının yekunlarına həsr olunan iclasında da hökümətin bütün strukturlarının rəhbərləri oradaydılar. Mən ümid edirəm ki, bu müşavirədən sonra gəlir deklarasiyası tətbiq olunacaq.

Məlumdur ki, məmurlar öz ailə üzvlərinə və yetkinlik yaşına çatmış, çatmamış övladlarının, qohumlarının adına müxtəlif şirkətlər təsis edirlər. Bu şirkətlər də həm dövlət tenderlərində iştirak edib kağız üzərində əsassız olaraq varlanırlar, həm də korrupsiya, rüşvətxorluğa qurşanıb rəqabət mühitini pisləşdirirlər.

Nazim Bəydəmirli: “Məmurların gəlir məlumat deklarasiyası tətbiq olunmalıdır. Antikorrupsiya qanuna görə 2015-ci ildən verilməli olan deklarasiyalar, bəyannamələr hələ də tətbiq olunmur”.

Hesab edirəm ki, bütün vergi ödəyiciləri cənab Prezidentin dediyi kimi eyni hüquq və vəzifələri daşımalıdırlar. Yəni kiçik sahibkarlar da, böyük holdinqlər də hamısı vergi öhdəliklərini vaxtında yerinə yetirməlidirlər. Heç kəsə güzəşt olmamalıdır. Bunun da yeganə yolu bütün sivil dünyada olduğu kimi Azərbaycanda da məmur sahibkarlıqla məşğul olmamalıdır. Dövlət qulluqçusunun, ən əsas da siyasi vəzifələr daşıyan insanların, digər formada deputatların qanunla qadağan olunduğu kimi biznes fəaliyyəti realda da qadağan olunmalıdır.

Əgər jurnalist araşdırmalarında sübut olunursa ki, filan məmur və onun yaxın qohumu bizneslə məşğuldur, həmin adam vəzifəsindən gedib biznesinə rəhbərlik etməlidir.

Yəni bu çox sadə bir formadır. Ya dövlət işində işləməlisən, ya da biznes fəaliyyətinlə məşğul olmalısan. Çox təəssüf edirəm ki, hamıya açıq-aydın olan bu məqamlar illər boyu təkrar olunur. Uzun müddət keçməsinə baxmayaraq bayaq dediyim qanunun tələblərinə riayyət olunmur və demək olar ki, məmur sahibkarlığı Azərbaycan iqtisadiyyatını iflic vəziyyətə salıb. Bu səbəbdən də normal sahibkarlar Azərbaycanda iş qurmurlar. Bu da beynəlxalq reytinq agentliklərində ölkəmizin reytinqinə mənfi təsir göstərir”.

Nərminə UMUDLU

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar