Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İntihabın xaş ataları - Renessansın inkişafında Mediçilərin rolu

Əslində 5 əsrlik tarix kəsimində 3 papa və 2 kraliça çıxan, Avropanın ən böyük bankının sahibi olan ailənin rennesansa təsir göstərməsi təəcüblü görünməməlidir

İncəsənətin qızıl dövrü İtaliyada başladı və digər Avropa ölkələrinə yayıldı. Bu dövrün İtaliyada başlamasının bir neçə səbəbi var idi. Bu səbəblərdən biri də tarixin ən qabiliyyətli sənətkarlarını himayə edən Mediçi ailəsi idi.

Botiçelli, Perugino, Ghirandaio, Verrocchio , Moreover, Mikelancelo, Vasari və s. məşhur sənətkarları birləşdirən şey yalnız şah əsərlərini yalnız renessans dövründə və Florensiyada yaratmaları deyildi. Onlar qırılmaz iplərlə bir ailəyə-Mediçilərə bağlı idi

Mediçi ailəsi kim olub?

Əfsanəyə görə ailənin soyu 8-ci əsrdə yaşamış Avrerardo adlı cəngavərdən başlayır. Hekayəyə görə Avrerardo Florensiyanın şimalındakı Mugello adlı yerə gəlir. O burada insanları qorxudan bir nəhənglə qarşılaşır. Bu nəhənglə vuruşaraq onu öldürən Avrerardonun qalxanı nəhəngin toppuzundakı toplar ilə əzilir. Bəzi alimlər Mediçilərin gerbindəki 5 qırmızı topun mənasının da buradan gəldiyinə inanırlar. Digər tərəfədən “medici” sözü “ medico” sözünün cəmidir. Və bu da həkim mənasına gəlir. İlkin mənbələrə görə ailə dərman satışı ilə məşğul olmuşdur. Lakin məlumatların düzgünlüyü təsdiq edilə bilməmişdir. Avropa boyu onların adı “Mediçi” bankın qurulmasıyla hallanmağa başlayır.

Pul incəsənət üçün “əlavə xəmir” kimidir

Florensiyaya 13-cü əsrdə buranın şimalındakı kiçik bir qəsəbədən gələn Mediçiler yun ticarəti ilə öz bizneslərini qurdular. Civonni Mediçi ( Giovanni di Bicci de’ Medici 1360–1429) ailəsinin sərvətini daha da artırdı və 1397-ci ildə “Mediçi” bankını yaratdı. Atası Civonnidən sonra Kozimo bankı inkişaf etdirərək, Avropanın ən böyük bankına çevirir. 15-ci əsrin sonunda bu bank Roma, Venesiya, Nepal, Milan, London, Geneva və başqa şəhərlərdə fəaliyyət göstərməyə başlayır. Vatikan özü bu bankın ən böyük müştərilərindən biri olur. Beləliklə Mediçilər Florensiyanın ən varlı ailələrindən birinə çevrilir. Var-dövlətlərinin artmasıyla bu ailə ölkənin siyasi həyatında da rol oynamağa başladı.

Qara Küllərin üstündə doğulan Renessans

Mediçilər “səhnə arxasından” dövlət işlərinə təsir etməyi sevirdi. 1434-cü ildə Kozimonun (Cosimo the Elderin) Florensiya respublikasının başçılarından biri seçilməsiylə ailə dövlət işlərində birbaşa söz sahibi oldu. O şəhərini inkişaf etdirdi və Florensiyaya sülh, əmin-amanlıq gətirdi.

15-ci əsrdə İtaliyanın digər şəhər dövlətləri bir-birilə mübarizə aparırdı. Lakin Mediçilər Florensiyanın ərazisini artırmaq niyyətində deyildi, onlar müharibəni sevmir və bunu ticarət üçün zərərli hesab edirdilər. Şəhərin incəsənət xadimləri, yazıçıları, filosofları hökm sürən sülh vəziyyətindən istifadə etdi və incəsənətə yeni nəfəs gətirdilər .

Həmçinin ailənin bir çox üzvünün incəsənətə şəxsi marağı vardı. Kozimo de Mediçinin memarlıq və rəssamlıq sahəsində bilikləri vardı. Möhtəşəm Lorenzo şair idi. Onların müəllimləri içərisində İtaliyanın ilk humanistləri və dünyaya böyük töhvələr vermiş alimlər vardı (Qaliley kimi). Belə bir mühitdə böyümək onları sənətkarların himayəsinə həvəsləndirdirdi. Tarixçilər bu dövrü mədəniyyətin inkişafı üçün ən ideal dövr hesab edirdilər. Çünki müharibələr və vəba xəstəliyi Avropanı iflic vəziyyətinə salmışdı. Florensiya da vəbadan ən çox zərər çəkən şəhərlərdən idi. Lakin əhalisin böyük hissəsi məhv olduğu üçün həm şəhər, həm kənd yerlərində işçilərin dəyəri artmış, xüsusilə İtaliyanın şimal ərazilərində feodalizmə ciddi zərbə vurulmuşdur. Buradakı əhali vəbadan sonra daha yüksək standartlarda həyat sürməyə başladı. Aristokratiya-varlı təbəqə də vəbadan qurtula bilməmiş, onlar işçi qüvvəsinin çoxunu itirdiyindən və torpaqlarını alacaq yeni müştərilər tapmadığından ərazilərini varlanmaqda olan tacir təbəqəsinə verir(Mediçilər kimi). Yeni aristokratiya özünün köhnə aristokratiya ilə eyni səviyyədə olduğunu göstərmək üçün incəsənətlə maraqlanır, sənətkarları himayə edirdi. İncəsənəti himayə etməyin başqa bir səbəbi digər ailələrə öz güclərini və şan-şöhrətlərini göstərmək istəyi idi.

14-15-ci əsrlərdə Mediçilər öz güclərinin zirvəsindəydi. Onların sənətkarları himayə etməsi sənət adamlarına yeni stildə əsərlər yaratmağa cəsarət verirdi. Belə ki, onlar artıq yaratdıqları əsərlərin məzmunu (çılpaq qadın bədəni, paqanist tanrıların obrazları və s.) detalları üçün kilsə inkvizisiyasından qorxmurdular. Mediçilər onları qoruya biləcək gücdə idi.

Antik mədəniyyətin nəfəsi Florensiyanın üstündə

Lorenzo ortodoks və katolik kilsəsi arasındakı ziddiyəti bitirməyə və onları birləşdirməyə cəhd etdi. Bu cəhd uğurlu alınmasa da, renessansın inkişafına təsir göstərə bildi. Bizans İmperatoru 1493-cü ildə Florensiyanı ziyarət etdi və kilsələrin birləşməsini təsdiqlədi.

Bu birləşmə uzun müddət davam etmədi. Lakin Bizansla əlaqələr İtaliyaya müsbət təsir etdi. Belə ki, Bizans antik mədəniyyətin qalıqlarını daşıyırdı, nadir kitabların çoxu burada toplanmışdı. Və Renessans antik roma və yunan mədəniyyətindən təsirlənərək inkişaf edirdi. Florensiyada antik ədəbiyyatın çox az nümunəsi var idi. Italiyan humanistləri yalnız Platonun və bir neçə başqa yunan klassiklərinin əsərlərini bilirdi. Lorenzo Bizansdan antik yunan bilicilərini himayə etdi, yunanların bilinməyən əlyazmalarını və başqa kitablarını Florensiyaya gətirdi.

Mediçilər incəsənətdən öz güclərini başqalarına göstərmək üçün də istifadə edirdi. Erkən renessansın ən dəyərli əsərlərindən biri Santa Maria katedralının tavanı idi. Təsadüfi deyil ki tavanın memarı olan Brunelleski Kozimo de Medici tərəfinden himayə edilmişdi. Donatello da bürünc David heykəlini Mediçilərin dəstəyi ilə yaratmışdı. Bu əsər ilk dəfə yenidən tam çılpaq idi.

Humanizm həmişə yeni ideyalar yaradıb

Mediçilər bu sənətkarların bəzi şəxsi keyfiyyətlərinə (homoseksuallıq kimi) onların istedadlarının xətrinə göz yumurdu.

Lorenzo sənətkarlara humanist alimlər kimi davranırdı ki, bu Florensiyada görünmüş şey deyildi. Bunlar sənətkarların dəyərini əhalinin gözündə yüksəltdi.

Filippo Brunolleski`nin tavanı renessansla birgə zirvəyə ucaldı

Tarixin ilk modern memarı hesab olunan Flippo Brunolleski memarlıqda yeniliklər edərərək qeyri-ortodoksal üsullardan istifadə etmişdir. Toskananın ucqar məhəllələrində işləməyi öyrənən Brunolleski bugün Müqəddəs Civvoni Vəftiz kilsəsi olaraq bilinən tikiliyə qapı düzəltmək üçün rəqabətə girir, lakin rəqibi Ghiberti`ə məğlub olur. (sonra Ghiberti məşhur “Cənnətin qapıları” nı hazırlayır). Bundan sonra Florensiyanı tərk edərək Romaya gedir. Dostu Donatello ilə birgə qədim Roma xarabalıqlarının memarlıq xüsusiyyətlərini öyrənir. Panteona məbədinə, xüsusilə onun tavanın quruluşuna heyran olur. 10 ilini bu memarlıq abidəsinin necə qurulduğunu öyrənməyə sərf etdikdən sonra yenidən Florensiyaya qayıdır. Onun qayıdışı zamanı Florensiyanın mərkəzi kilsəsinin tavana ehtiyacı var idi. Onun yenilikçi fikirləri Kozimo Mediçi (Kozimonun özünün də memarlıq bilikləri vardı) tərəfindən bəyənilir. O artıq Mediçilərin də daxil olduğu ipək tacirlər gildiyası üçün işləməyə başlayır. İlk olaraq dövlət uşaq evinin binasını tikən Brunolleski, daha sonra xalq kilsəsi San Lorenzonun binasını ucaldır. Bu tikililərlə birgə Antik mədəniyyərin memarlıq stili yenidən peyda olur, unudulmuş memarlıq üsulları geri gəlir və renessans memarlığının inqilabı başlayır. Beləliklə yarışda qalib gəlir, tavanın inşası başlayır. Tavan o vaxta kimi istifadə olunmamış yeni üsullarla tikilir. Günümüzdə də Florensiyanın bəzəyi və simvoludur.

Möhtəşəm Lorenzonun yaxın dostu Donatello

Donatello və Kozimo Mediçinin necə dost olduğu bilinməsə də, onları birləşdirən antik dünyaya olan heyranlıqları idi. Onun əsərlərinin əsas xüsusiyyəti hər baxışda, hər jestdə canlılıq, insanilik olması idi. Hətta rəvayətə görə o öz əsərlərinin üstünə “lənətlənmiş şey, danış!” deyə qışqırırdı.

Donatello incəsənətə o qədər həssas yanaşırdı ki, hətta əsərlərini cahil, incəsənəti başa düşməyəcək müştərilərə satmırdı.

Kozimoyla dostluğu onun dəfələrlə həyatını xilas etmişdi. Kozimo öz dostunu təhqirlərdən və kilsə inkvizisiyasından qorumuşdu. (Çünki Donatello homoseksual idi və bu Florensiyada qadağan idi).

Donatellonun “Bürünc David” heykəli 1434-cü ildə Mediçilərin sifarişi ilə ərsəyə gəldi. Davidin düşməni Goliath üzərində qələbə anını ifadə edən heykəlin sifariş səbəbi Mediçilərin düşmənləri üzərində qələbə elan etmək istəyi idi. Heykəl dövrün bütün qanunlarını qırdı. O, antik dövrdən bəri ilk dəfə olaraq tamamilə çılpaq hazırlanmışdı. Belə homoerotik qəhrəman yaratmaq isə Mediçilərin dəstəyi olmadan Donatellonun həyatı üçün təhlükəli yaradırdı.

Mediçi şəhzadələri ilə böyüyən Mikelancelo bu ailəyə niyə üzünü çevirdi?

Avropanın “David”, “Sistin kapellası”, “Son Hökm”, “Pieta” kimi məşhur əsərlərinin müəllifi olan Mikelancelo hələ uşaq yaşlarından Mediçilərin himayəsi altında girir. O, 13 yaşında Mediçilərin sarayına gəlir və gələcəyin şahzədələri, papaları ilə birgə böyüyür. Həyatının sonuna qədər ailəylə əlaqəsi kəsilməsə də, onların himayəsindən çıxmağa çalışmışdır. Mikelancelo Lorenzonun incəsənət məktəbinin ilk şagirdlərindən idi. Lorenzo San Marco bağını heykəltəraşlıq bağına çevirmiş, Mikelancelonu da məhz burda klassik dövrün əsərlərini öyrənməyə həvəsləndirmişdi.

Ən maraqlısı da odur ki, o heykəltəraşlığı mərmərə satirin başını həkk etdirəndən sonra öyrənmişdi. Lorenzo onun bu qabiliyyətinə heyran olmuş, lakin bu qədim varlığın heykəlini düzəltdiyinə gülmüşdü. Lorenzo bundan sonra onu sarayına dəvət etmişdi. Onun ölümündən sonra Mikelancelonun həyatı alt üst olur. Şəhərdə siyasi vəziyyət dəyişir. Medici şəhzadələri sürgün olunur, rəssam özü də gizlənməli olur. 1501-ci ildə Carrara heykəltaraşları tərəfindən geri Florensiyaya çağırılır.

Mikelancelo öz rəqibi Leonardoya qalib gəlmək üçün nəhəng bir iş götürür: 13 futluq mərmər heykəl. 2 il yarım tək işləyən Mikelancelonun şah əsəri 1504-cü ildə ictimaiyyətə təqdim olunur. Dərhal şəhərin simvoluna çevrilən əsər Mediçilərin artan gücüylə də rəqabətə girir.

Giovanni de’Medici Pope Leo X olanda o və onun qohumu Giulio Mikelanceloya rədd edə bilməyəcəkləri bir təklif verir. Mikelancelo onların ataları Lorenzo öldürülmüş Mediçi şəhzadəsi Giovanni və digər Mediçilərə heykəllər ucaltmalı idi. O papanın sözünü yerə sala bilmir. Bundan sonra o Mediçilərə arxasını çevirir. Bu hadisədən sonra onun köhnə tələbəsi George Vasari Mediçilər üçün işləməyə başlayır. Əsəb və stresslə o son əsəri Pietanı xristianlığın sağ qoluna zərbə vurduğu üçün məhv etməyə çalışır.

Mənbə: rezonanss..com

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar