Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ separatçıları dünya üçün təhdiddir - Analitik

"Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağla bağlı açıqlaması Ermənistan hökumətinə düşünmək və hazırlaşmaq üçün verilən möhlətdir"

Bu sözləri İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair çıxışını şərh edən analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, müasir dünyada dövlətlərin təhlükəsizliyinin təmin olunması yalnız öz sərhədləri ilə məhdudlaşmır:

Azərbaycan da daxili və xarici siyasətini bu prinsip əsasında qurur. Beynəlxalq aləmdə baş verənlərə nəzər salsaq, görərik ki, ölkənin təhlükəsizliyi və sabitliyinə xarici amillər də təsir edir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bu məsələyə xüsusilə toxunub. Təbii ki, Prezident İlham Əliyevin burada vurğulamaq istədiyi əsas məqam həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdikləri etinasızlıqdır. Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi dövlət başçımızın bütün iclaslarında bəhs etdiyi başlıca məsələlərdəndir”.

Analitik qeyd edib ki, işğal faktı bölgənin təhlükəsizliyinə, iqtisadi inkişafına, regiona sərmayə qoyuluşuna mənfi təsri edir:

“Bu hal beynəlxalq münasibətlərə ziyan vurur. İşğal altında olan Azərbaycan torpaqlarında müxtəlif ölkələrdə fəaliyyət göstərən terrorçu qruplaşmaların təlim keçdiyinə dair xeyli məlumat var. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan torpaqlarının işğal altında saxlanılması həm də beynəlxalq təhlükəsizliyi təhdid edir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək və beynəlxalq təhlükəsizliyi təhdid edən bu münaqişəni aradan qaldırmaq üçün səylərini davam etdirir. Prezident çıxışında münaqişənin həlli ilə bağlı rəsmi Bakının mövqeyinin dəyişməz qaldığını bir daha diqqətə çatdırıb”.

Analitik vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyünü hərb yolu ilə də həll etməyə qadirdir:

“Bu məsələ də Prezidentin çıxışında bir daha qeyd edildi. Dövlət başçısının hökumətin iclasındakı çıxışı deməyə əsas verir ki, xarici siyasət kursu, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında aparıcı xətdir”. (axar.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar