Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalid Ələkbərovun “Lifttəmir”ə baş direktor təyin olunması təəccüb doğurur...

Hacıbala Abutalıbovun bütün qanunsuz işlərində birbaşa iştirak edən Xalid Ələkbərov əvvəllər Bakı İH-də hüquq şöbəsinin müdiri olub və qeyri-qanuni sərəncamlara hüququ don geydirilməsində xüsusi “xidmətləri” var...

Bakı şəhər İH-də çalışdığı bütün işlərdə qənaətbəxş fəaliyyət göstərməyən, şəhərimizin inkişafına heç bir töhfə verməyən, Hacıbala Abutalıbovun köhnə komanda üzvünün “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru kimi çətin və məsul bir vəzifəyə gətirilməsi məntiqə sığmır.

Xəbər verdiyimiz kimi, Bakı şəhər İcra Hakimiyyətinin başçısının müavini, BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun imzaladığı əmrlə “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə Xalid Tağı oğlu Ələkbərov təyin edilib. Bu təyinat Bakı İH-nin aparatına bələd olanlar tərəfindən təəccüb və ironiya ilə qarşılanıb. Hər halda MilliYol-a daxil olan məlumatda belə iddia olunur.

Mənbə MilliYol-a bildirib ki, ölkə prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin son müşavirəsində dövlət başçısı tərəfindən paytaxtın keçmiş rəhbərliyi qeyri-qanuni tikintilərə icazə verərək qanunsuz yolla külli miqdarda vəsait əldə etməkdə qınandığı bir vaxtda Xalid Ələkbərovun yüksək vəzifəyə gətirilməsi təəccüblə qarşılanmaya bilməz. Çünki X. Ələkbərov Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun ən xas adamlarından biri olub və demək olar ki, Abutalıbovun bütün qanunsuz işlərində birbaşa iştirak edib. Bakı şəhərində yeni inşa ediləcək binaların icazə sənədində onun da vizası olub. O, əvvəllər Bakı İH-də hüquq şöbəsinin müdiri olub və qeyri-qanuni sərəncamlara hüququ don geydirilməsində xüsusi “xidmətləri” var.



Mənbə iddia edir ki, Xalid Ələkbərov Prezident tərəfindən tənqid olunan köhnə rəhbərliyin qeyri-qanuni əməllərinin birbaşa iştirakçısı olub. “Xalid müəllim hüquq şöbəsində göstərdiyi xüsusi xidmətlərə görə Hacıbala Abutalıbov tərəfindən daha “yağlı” bir vəzifə ilə - Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri görəvi ilə mükafatlandırılıb. Paytaxt təsərrüfatının vəziyyətindən və inkişafının prqonozlaşdırılmasından isə danışmağa belə dəyməz”,- deyə mənbə bildirib.

Xalid Ələkbərov bu sahəyə cavabdehlik daşıdığı dönəmlərdə də şəhər təsərrüfatı daha da bərbad vəziyyətə düşdüyünü qeyd edən mənbənin yazdığına görə, bu günə kimi Bakı şəhər İH-də çalışdığı bütün işlərdə qənaətbəxş fəaliyyət göstərməyib.

“Şəhərimizin inkişafına heç bir töhfə verməyən Hacıbala Abutalıbovun köhnə komanda üzvünün “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru kimi çətin və məsul bir vəzifəyə gətirilməsi isə heç bir məntiqə sığmır.

Xatırladaq ki, “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru, adı br çox qalmaqallarda hallanan və hətta korrupsiya faktlarına görə ABŞ-da belə haqqında cinayət işi açılan Qüdrət Şükürov ötən həftə BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov tərəfindən vəzifədən alınıb.Qüdrət Şükürov kimi o da Hacıbala müəllimin komandasının ən inanılmış adamı və keçmiş merin bütün əməllərinin əsas iştirakçısı olub. Bu kadrın Qüdrət Şükürovdan nə fərqi oldu ki?”, deyə mənbə sual edir.

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar