Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çörçilli SSRİ-də təəcübləndirən nələr olub?

Stalinin baş naziri heyrətləndirən bir cümləsi...

Uinston Çörçill dünyanın ən çox öyrənilən 100 adamından biridir. O, görkəmli siyasi xadim olmaqla yanaşı, həm də çox maraqlı adam olub.

Bəs zəngin dünyagörüşünə malik olan Çörçilli SSRİ-də təəcübləndirən nə olub?

II dünya müharibəsi zamanı Çörçill SSRİ-yə üç dəfə səfər edib. 1942-ci və 1944-cü illərdə Stalinlə görüşmək üçün, bir də 1945-ci ildə tarixi Yalta konfransına qatılmaqdan ötrü Çörçill SSRİ-yə gəlib.

Sözsüz ki, ali qonağın gəlişi ilə bağlı SSRİ-də ciddi hazırlıqlar görülüb, ən kiçik detallar belə dəfələrlə götür-qoy edilərək bütün incəliklərə diqqət yetirilib.

Çörçill birinci səfərində Moskvanın qərbində yerləşən 7 nömrəli dövlət iqamətgahında qalıb. Elə onu ilk təəcübləndirən “səhnə” ilə məhz burada üzləşib. Baş nazir yuyunmaq üçün vanna otağına keçəndə tənzimləyici su kranlarını (smestitel) görərkən təəcüblənib. Belə ki, bu cür santexnik avadanlığı ilk dəfə 19-cu əsrin sonlarında İngəltərədə meydana gəldiyindən və hələ hər bir britaniyalının ailəsində olmadığı halda Moskvada bu kranlardan istifadə nədənsə onu çox təəccübləndirib.

Sonralar Çörçill bir çox görüşlərdə SSRİ-nin bu “inkişaf”ından dəfələrlə söhbət açıb.

ÇörçilLi ikinci təəCcübləndirən məsələ ona ayrılmış avtomobilin şüşələrinin qalınlığı olub. Üz mimikası ilə təəccübünü gizlədə bilməyəndə, Vyaçeslav Molotov bunu hiss edərək avtomobilin şüşələrinin qalınlığının 5 sm olmasını ali qonağın təhlükəsizliyimdən ötrü olduğunu söyləyib.

Çörçilli daha sonra avtomobillə hərəkət zamanı Moskva küçələrinin boş olması təəccübləndirib. Onun bu təəccübünə cavab olaraq Stalin aydınlaşdırıb ki, yolda vaxt itkisi az olsun deyə bu addımı atırlar.

Qonağın şərəfinə verilən ziyafətlərdə açılan süfrələr Çörçili çox təəccübləndirməsə də, o, SSRİ-nin siyasi elitasının qida rasionunun çox zəngin olduğunu dilə gətirib.

Təbii ki, o dövrdə Çörçillin SSRİ-yə səfərləri zamanı rəsmi görüşlərdən başqa sıravi sovet vətəndaşları ilə heç bir görüşü olmayıb. Rəsmilərdən başqa o yalnız qarşılanma mərasimində sıraya düzülmüş hərbçiləri və hərbi qaravulu görüb. Bax, elə bu da Çörçilli təəccübləndirib. Hətta o qədər təəccübləndirib ki, sovet əsgərinin qamətinin şaxlığı onu da şax durmağa vadar edib.

Bunlar öz yerində. Çörçilli ən təəcübləndirən məsələ 1942-ci ildəki səfərindən sonra telefon danışığı zamanı Stalinin işlətdiyi bir cümlə olub. Belə ki, Moskvada Çörçill ilə Stalin arasında müharibəyə dair müəyyən məsələlər öz həllini tapmayanda və gərginlik yarananda Stalin rəsmi danışıqlara son qoymağı məsləhət görüb və britaniyalı həmkarını Kremldəki öz evinə şam yeməyinə dəvət edib. Stalin Molotovu göstərərək, “o da içməyi bacarır, bizimlə şam edəcək” deyə Çörçilli etika naminə xəbərdar edib.

Beləliklə, onlar Stalinin mənzilinə yığışıblar. Süfrəyə həmçinin müxtəlif işkilər düzülüb. Gecədən xeyli keçmişə qədər məclis davam edib. Və bu arada yenə də söhbət siyasi mövzulara qayıdıb. Çörçill bu dəfə Stalin üçün lazım olan bəzi məsələlərə müsbət yanaşıb, sursat yükünün SSRİ-yə göndərilməsinə razılaşıb. Qeyd edək ki, qeyri-rəsmi məclisdə verdiyi bu sözə cəmisi iki-üç gündən sonra Çörçill əməl edib. Siyasətçilər daha sonra bəlkə də həmin gün üçün lazım olmayan siyasi məsələlərə də böyük yer veriblər. Gecə saat 4-ə qədər davam edən məclisdən Çörçill sərxoş vəziyyətdə çıxıb. Stalin onu təyyarəyə qədər yola salıb.

Səhərisi gün Stalinlə Çörçillin arasında telefon danışığı olub. Çörçill gecə məclisdə lazımsız söhbətlərə yol verdiyini etiraf edib və qeyd edib ki, bütün bu söhbətlər tərcüməçi vasitəsilə olub. Stalin isə narahatlığa heç bir əsas olmadığını söyləyərək bir cümlə ilə Çörçilli sakitləşdirib:

“O tərcüməçi artıq həyatda yoxdur...”

Çörçill bu cümlədən nəinki təəccüblənib, hətta heyrətini telefon xəttinin o başından belə gizlədə bilməyib.
Fərqli siyasi əqidəyə malik olsalar da, Çörçill Stalini dahi şəxsiyyət kimi qiymətləndirib və parlamentdəki tarixi çıxışında o, Stalin haqqında belə deyib:

Rusiya üçün böyük xoşbəxtlikdir ki, ağır sınaq illərində ona yenilməz sərkərdə, dahi Stalin başçılıq edib. Stalin - bizim qəddar zəmanənin, onun bütün həyatının keçdiyi dövründə enerjiyə, biliyə, dəmir iradəyə malik sərt, kəskin, amansız bir şəxs idi və İngiltərə parlamentində tərbiyə almış mən onunla rəqabətdə heç nə edə bilmirdim”.

Çörçill öz hazırcavablığı ilə başqalarını təəccübləndirməyi də bacarıb.

Parlamentdəki çıxışından sonra qadın millət vəkillərindən biri onunla razılaşmayaraq kəskin etirazını bildirib:

- Cənab Çörçill, mən sizin arvadınız olsaydım, qəhvənizə zəhər qatardım.

Çörçill təmkinini pozmadan cavab verib:

- Siz mənim arvadım olsaydınız, əgər mənə belə bir xoşbəxtlik qismət olsaydı, Sizin mənə verdiyiniz zəhəri məmnunniyyətlə içərdim.

Baş nazirin hazırcavablığı ilə bağlı daha maraqlı bir fakt. Rəsmi görüşlərin birində qadın siyasətçi Çörçillin içkili olduğunu hiss edir və bundan möhkəm əsəbiləşir:

Cənab, siz sərxoşsunuz.

##relatedPostMilli##

Çörçill gülümsəyərək cavab verir:

- Düzdür, mən sərxoşam. Siz isə eybəcərsiniz. Mən səhər ayılacam, siz isə ömrünüzün sonuna qədər eybəcər qalacaqsınız.
Uinston Çörçill yubileylərində şəkil çəkdirməyi çox sevib. 80 illik yubileyində orta yaşlı fotoqraf onun şəkilini çəkəndə deyir:

- Mən xöşbəxt fotoqrafam ki, Sizin kimi dahi bir şəxsiyyətin şəklini çəkmək mənə qismət olub. Çox arzu edərdim ki, gələn il ad gününüzdə də Sizin şəklinizi çəkmək mənə nəsib olsun.

Çörçill diqqətlə fotoqrafı süzəndən sonra cavab verib:

- Siz yəqin ki, öz arzunuza çatacaqsınız. Çünki sizə diqqətlə baxdım, sağlam adama oxşayırsınız.

Rəsmi ziyafətlərin birində Çörçillə qulluq edən xidmətçi şampan şərabı süzəndə qədəh aşıb və şərab baş nazirin başına tökülüb. Baş vermiş hadisədən araya ölüm sükutu çöküb. Vəziyyətin çox gərgin olduğunu görən Çörçill gərginliyi aradan qaldırmaq üçün xidmətçiyə müraciət edib:

- Siz əminsinizmi ki, şampan şərabı keçəl başda tük əmələ gətirəcək?

Çörçill çimməyi çox sevib. Bir dəfə qatarla Misirə səfəri zamanı səhralıqda qatarın dayandırılmasını və isti suyun gətirilməsini əmr edib. Səhralıqda soyunub yüngülvari çimdikdən sonra onu təəccüblə seyr edən ərəblərə üz tutaraq deyib:

- Elə bil, birinci dəfədir çılpaq insan görürsünüz...(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar