Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölkəmizin beynəlxalq qurumlarda söz sahibinə çevrilməsi qürurvericidir”

Rufiz Qonaqov: “Azərbaycan – Avropa İttifaqı əlaqələri yüksələn xətlə inkişaf edir”

“Biz bilirik ki, 2018-ci il çərçivəsində Aİ nümayəndələri ilə Azərbaycan prezidentinin görüşləri, eyni zamanda Azərbaycan parlament nümayəndə heyətlərinin görüşləri olub. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri çox yüksək səviyyədədir”.

Bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov AzNews.az-a açıqlamasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Aİ – Azərbaycan əlaqələrinin inkişafına dair səsləndirdiyi fikirləri şərh edərkən dedi.

Politoloq bildirdi ki, Azərbaycan beynəlxalq təşkilatların üzvü kimi, BMT, AŞPA, Aİ və ATƏT-də söz sahibidir. Bu baxımdan Aİ ilə əlaqələrimiz yüksələn xətt üzrə inkişaf edir.

Azərbaycan bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu tərəfdaşlıq şəraitində əməkdaşlıq edir. Məhz bu baxımdan Azərbaycanın dünyada gedən proseslərdə Cənubi Qafqazın lider ölkəsi olaraq enerji və şimalla cənubu, şərqlə qərbi birləşdirən böyük bir nəqliyyat dəhlizini özündə ehtiva edən bir ölkə kimi Avropa üçün çox önəmlidir. Bu baxımdan Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində xüsusi yerə və rola malikdir. Bütün bunları nəzərə alsaq, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində artıq ölkəmizin dünyanın inkişaf etməkdə olan ölkələri sırasına qatılması, eləcə də bir çox sahələrdə beynəlxalq qurumlarda söz sahibinə çevrilən ölkə olması qürurvericidir.

Biz bilirik ki, Azərbaycan eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olaraq rəhbərlik edib. Azərbaycan ATƏT-də, AŞPA-da və digər nüfuzlu qurumlarda parlament nümayəndə heyətinin rəhbərləri müxtəlif formalarda beynəlxalq təşkilatların rəhbər qurumlarında təmsil olunub. Bütün bunlar onu göstərir ki, ölkəmiz dünya üçün bu gün çox vacibdir. Azərbaycan da sülhpərvər ölkə olaraq dünyada gedən bütün proseslərdə öz sözünü deməklə yanaşı, töhfəsini də verir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar