Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kremlin Şimali Qafqazda etnik qarşıdurmaların yaranmasında maraqları ola bilərmi?

Politoloq: “Qafqaz xalqları arasında başlanan etnik münaqişə qısamüddətli olmayacaq”

“Bu etnik arası qarşıdurmaya bir də ABŞ-ın geosiyasi maraqları kontekstində baxın. Çünki zaman-zaman Şimali Qafqazda, xüsusilə də radikal islam quruplarının bu cür aktiv fəaliyyəti məhz ABŞ –ın maraqlarının geosiyasi kontekstində baş verib”.

Bu fikirləri Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri son günlər Şimali Qafqazda çeçenlərlə inquşlar arasında ərazi mübahisəsi əsasında yaşanan gərginliyi PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, artıq bir müddətdir ki, Şimali Qafqazın Kabardin-Balkar və İnquşetiya respublikalarında vəziyyətin gərginləşdiyi müşahidə edilir. İnquşetiya parlamentinin Çeçenistanla sərhəd mübadiləsi haqda razılaşmanı təsdiqləməsi 10 mindən artıq inquşun küçələrə çıxmasına səbəb olub. Etirazları yatırmaq üçün polis atəş açmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, sentyabrın 26-da Rusiya Federasiyasının subyektlərindən olan Çeçenistan və İnquşetiya respublikalarının rəhbərləri regionlar arasında inzibati sərhəd haqqında sənəd imzalayıblar. Ramzan Kadırov və Yunusbek Yevkurov arasında imzalanan sənədə əsasən, Çeçenistanın Nadtereçni rayonu ilə İnquşetiyanın Malqobek rayonu arasında yaşayış olmayan ərazilərin mübadiləsi həyata keçiriləcək. Qeyd edək ki, bundan bir gün öncə isə İnquşetiyanın Sunjen şəhərində razılaşdırılmamış mitinq keçirilib və əhali ölkə ərazisinin bir hissəsinin Çeçenistana verilməsinə etirazını bildirib. Bugünlərdə isə İnquşetiyanın paytaxtı Maqasda da əhali aksiya keçirib və bu zaman polis onlara qarşı güc tətbiq edib.

Aksiya iştirakçıları prezident və baş nazirə plastik şüşə atıblar. Rusiya mediası yazır ki, aksiya iştirakçıları arasında qan tökülməsini istəyən şəxslər olub. “Yalnız muxtar respublikanın rəhbərinin şəxsi mühafizə xidməti əməkdaşlarının dözümlülüyü nəticəsində bundan qaçmaq mümkün olub”, - deyə İnquşetiya DİN-dən bildiriblər. Paytaxt Maqasda mobil rabitə işləməyib. “Yabloko” Partiyasının İnquşetiyadakı nümayəndəliyinin rəhbəri Ruslan Mutsolqov mitinqdə 10 minə yaxın adam iştirak etdiyini bildirib. O ki qaldı müqaviləyə... Razılaşmaya əsasən, İnquşetiya və Çeçenistan illərdir mübahisəyə səbəb olan rayonların dəyişdirilməsi barədə razılığa gəliblər. Lakin bu razılaşma İnquşetiya xalqının ürəyincə olmayıb.

Məlumat üçün bildirək ki, sərhəd mübahisəsi 1992-ci ildə - Çeçen-İnquş Muxtar Respublikası parçalanandan sonra yaranıb. Söhbət iki muxtar qurum arasında yerləşən və hər ikisinin iddia etdiyi Sunjensk rayonundan gedir.

Onu da qeyd edək ki, aksiyalarda inquş torpaqlarını Çeçenistanla dəyişməyə razılıq verən İnquşetiya prezidentinin istefası tələb olunur. Öz növbəsində Çeçenistan prezidenti Ramzan Kadırov da deyib ki, o müharibəyə hazırdır. Çeçen-inquş gərginliyinə isə Kreml demək olar ki, seyrçi mövqe sərgiləyir.

Bəzilərinə görə isə inquş torpaqlarını çeçen torpaqları ilə dəyişdirilməsinin və münaqişənin yaradılmasın arxasında elə Kreml özü dayanır. Kremlin çeçen-inquş münaqişəsinin yaranmasında, ümumiyyətlə Şimali Qafqazda etnik qarşıdurmaların yaranmasında hər hansı maraqları ola bilərmi?

Bəziləri isə hesab edirlər ki, Rusiya prezidenti faktiki olaraq Ramzan Kadırovun heç bir istəyinə yox deyə bilmir. Hazırda Şimali Qafqazda baş verən gərginliklər Ramzan Kadırovun iddialarının böyüməsi kimi dəyərləndirmək olarmı, yoxsa Kreml çeçen-inquş münqaqişəsindən isfiadə edib Ramzan Kadırovu zəiflədə bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Natiq Mirinin fikirlərini öyrənib.

Natiq Miri: “İnquşetiya ilə Çeçenistan arasında yaranan suni qarşıdurmanı bir də Qərb maraqları, xüsusilə də ABŞ-ın geosiyasi maraqları kontektsində dəyərləndirmək lazımdır”.

Qafqaz xalqları arasında bu cür münaqişələrin başlaması Rusiya üçün, Rusiyanın bütövlüyü üçün gələcəkdə böyük təhlükələr vəd etdiyini bildirən politoloq Natiq Miri əlavə edib ki, bu elə bir zəncirvari reaksiyadır ki, bu reaksiya çox sürətlə Rusiyanın digər bölgələrinə, xüsusilə də türk dilli bölgələrinə sıçraya bilər:

“Bu bir halda baş verə bilər ki, Rusiya daxilində iqtisadi vəziyyət həddən artıq ağır olsun və təbii ki, bu vəziyyətdən diqqətləri, fikirləri tamamilə başqa istiqamətə yönəltmək üçün adətən bu cür münaqişələrdən istifadə olunur.

Amma düşünmürəm ki, Rusiya indiki mürəkkəb regional və qlobal vəziyyətdə xalqlar arasındakı münaqişələrdən süni olaraq istifadə etmək istəsin. Çünki bu məsələlərə bir də Qərb ölkələrinin Cənubi Qafqaza intensiv səfərləri kontekstində baxmaq lazımdır. Ard-arda Avropa Birliyinin ən nəhəng ölkələrinin nümayəndələri Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfərləri oldu. Yəni Almaniyanın baş kansleri Merkelin və çox yaxınlarda Fransanın prezidenti Makronun regiona, Azərbaycana və Ermənistana səfərləri gözlənilir. Bu faktların özü göstərir ki, Avropa Birliyi ölkələri artıq Cənubi Qafqazı öz prioritet xarici siyasət dairəsinə salıb.

Həmçinin ABŞ-dan ard-arda gələn rəsmi səfərləri dəyərləndirmək lazımdır. Bildiyimiz kimi dünən Dövlət Departamentinin rəsmisi, yəni xarici işlər nazirinin müvavinin köməkçisi gəlmişdi və prezident səviyyəsində qəbul olundu. Ardınca isə ABŞ-ın ən radikal mövqeyi ilə tanınan Trampın təhlükəsizlik müşavisi Con Bolton bölgəyə səfər edəcək. Bütün faktlar onu göstərir ki, artıq ABŞ Cənubi Qafqazda aktivləşmək istəyindədir.

Natiq Miri: “İndiki vəziyyətdə Suriyada Rusiyaya demək olar ki, məğlub olan ABŞ təbii ki, Rusiya regionlarında Rusiyanın başını qatmaqda maraqlı olacaq”.

Onu da qeyd edim ki, Qafqaz deyəndə Şimali Qafqazı Cənubi Qafqazdan ayırmaq olmaz. İstəyir Cənubi və yaxud da Şimali Qafqazda hər hansı bir hadisə baş verirsə, əmin olun ki, bu hadisə digər bölgələrə də sıçrayır və təsir edir. Buna görə də düşünürəm ki, İnquşetiya ilə Çeçenistan arasında yaranan suni qarşıdurmanı bir də Qərb maraqları, xüsusilə də ABŞ-ın geosiyasi maraqları kontektsində dəyərləndirmək lazımdır. İndiki vəziyyətdə Suriyada Rusiyaya demək olar ki, məğlub olan ABŞ təbii ki, Rusiya regionlarında Rusiyanın başını qatmaqda maraqlı olacaq. Bu etnik arası qarşıdurmaya bir də ABŞ-ın geosiyasi maraqları kontekstində baxın. Çünki zaman-zaman Şimali Qafqazda, xüsusilə də radikal islam quruplarının bu cür aktiv fəaliyyəti məhz ABŞ –ın maraqlarının geosiyasi kantekstində baş verib. Düşünürəm ki, məsələyə bir də bu prizmandan baxmaq lazımdır.

İndiki şəraitdə düşünmürəm ki, Rusiya rəhbərliyi və yaxud da Kreml rəhbərliyi bu məsələdə maraqlı olsun. Çünki Qafqaz xalqları arasında başlanan etnik münaqişə qısamüddətli olmayacaq. Bunu da Putin rəhbərliyi bilməmiş deyil. Uzunmüddətli bir çaxnaşmanın olması bütövlükdə Şimali Qafqaz bölgəsinin iqtisadi cəhətdən tamamilə çökməsinə, yeni bir müharibə vəziyyətinin yaranmasına və əhalinin daha da radikallaşmasına gətirib çıxaracaq ki, Rusiya da bu məsələdə niyə maraqlı olsun? Düşünürəm ki, bu məsələdə xarici amillərin təsirləri var.

Mən Ramzan Kadırovu Rusiya səviyyəsində o qədər də böyütmək istəməzdim. Çünki Kadırov nə Çeçenistanın keçmiş mərhum prezidenti Cövhər Dudayev, nə də sərkərdə Basayev olacaq bir şəxs deyil. İctimai fikirdə də Kadırov, o qədər də sevilən bir şəxs deyil. Sadəcə ciddi təzyiq və zorla əhalini təsir altında saxlayan Kadırov portreti ortada var. Ayrıca Kadırov indiyə qədər Putinin əmrini yerinə yetirəcək bir vassal rolunda olduğunu sübut edib.

İndiki şəraitdə Putin üçün Kadırovu zərərsizləşdirmək o qədər də böyük məsələ deyil. Hətta nəinki daxildə, xaricin özündə Putin Kadırov vasitəsi ilə müəyyən şəbəkələri susdurmaq yönündə ondan bir alət olaraq istifadə etməkdədir.

Natiq Miri: “Uzunmüddətli bir çaxnaşmanın olması bütövlükdə Şimali Qafqaz bölgəsinin iqtisadi cəhətdən tamamilə çökməsinə, yeni bir müharibə vəziyyətinin yaranmasına və əhalinin daha da radikallaşmasına gətirib çıxaracaq”.

Biz bunu bəzi Avropa ölkələrində, eyni zamanda münaqişə bölgəsi olan Suriyada da gördük. Bildiyimiz kimi Suriyada Rusiyadan gedən və döyüşən əsgərlərin böyük əksəriyyəti məhz Çeçnistana, Şimali Qafqaz əsilli insanlara məxsusdurlar.

##relatedPostMilli##Buna görə də bu gün hələ də Kadırov şəxsiyyəti Putin üçün müəyyən əhəmiyyət və önəm daşıyır. Bu gün Kadırov hələlik Putin üçün böyük baş ağrısına çevrilən bir şəxs deyil. Düşünmürəm ki, Kadırovu aradan götürmək üçün mütləq mənada yeni bir milli münaqişə yaratmaq lazımdır. Çünki əslində bu cür milli münaqişələr başlanarsa, sonradan bunu saxlamaq çox çətin olacaq.

Bunu praqktik olaraq ən azından Gürcüstanda, eyni zamanda AzərbaycanErmənistan arasında olan Dağlıq Qarabağ münaqişəsini göstərmək olar. Qafqaz xalqları arasında bu cür münaqişələrin başlaması Rusiya üçün, Rusiyanın bütövlüyü üçün gələcəkdə böyük təhlükələr vəd edə bilər. Çünki bu elə bir zəncirvari reaksiyadır ki, bu reaksiya çox sürətlə Rusiyanın digər bölgələrinə, xüsusilə də türk dilli bölgələrinə sıçraya bilər. Buna görə də bu yöndə açıqlamalar doğru deyil”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar