Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu xəstələrə beynəlxalq elektron kartlar veriləcək

"Dünyadakı hemofiliyalı xəstələrin tibbi yardım almaq imkanlarını genişləndirmək məqsədilə beynəlxalq elektron kartlar yaradılacaq"

Bunu Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyib.

Onun sözlərinə görə, hemofiliyalı xəstələr bu kart vasitəsilə harada olmasından asılı olmayaraq – istər ölkə daxilində, istərsə də ölkə xaricində lazımi tibbi xidmətlə təmin olunacaq.

G.Hüseynova qeyd edib ki, hemofiliyalı xəstələrin belə bir kartdan istifadə edə bilməsi üçün bu xəstələrin beynəlxalq reyestrinin də yaradılması çox vacibdir.

Bu məsələnin Dünya Hemofiliya Federasiyası tərəfindən artıq bütün ölkələrə təklif edildiyini deyən assosiasiya rəhbəri əlavə edib ki, Azərbaycan Səhiyyə Nazirliyi razılıq verəcəyi təqdirdə ölkəmizdəki hemofiliyalı xəstələr barəsində məlumatlar həmin reyestrə daxil ediləcək.

G.Hüseynova əlavə edib ki, ölkədə hemofiliyadan əziyyət çəkən vətəndaşların, potensial xəstələrin sayı haqqında haqqında dəqiq məlumat əldə etmək üçün hemofiliyalı insanları dövlət qeydiyyatına almaq vacibdir:

“Bu, imkan verir ki, kimsə müalicədən kənarda qalmasın, siyahılarda xəstələrin adları təkrarlanmasın, onların tələbatları öyrənilsin, qanın laxtalanma konsentratlarının paylaşdırılması və istifadəsinə nəzarət gücləndirilsin. Reyestr həmçinin hər bir xəstənin diaqnozunun düzgün təyin edilməsinə zəmanət verir. Bu üsul faktorların tətbiqinin effektivliyini qiymətləndirməyə, qanın laxtalanmasını təmin edən faktor konsentratlardan düzgün istifadə etməyə imkan verir. Əgər təhlükəsizlik və keyfiyyətlə bağlı problemləri olan hər hansı bir preparat müəyyən edilərsə və geri çağırılarsa, onlardan istifadə edən xəstələrin xəbərdar edilməsi üçün reyestrdəki məlumatlardan istifadə etmək olar”.

Xatırladaq ki, hazırda Azərbaycanda 1500-ə yaxın hemofiliyalı xəstə var. Onların 350 nəfəri 18 yaşına qədər olan uşaqdır. Xəstələrin 700 nəfərinin 18-40 yaşı var. 40 yaşdan yuxarı hemofiliyalı xəstələrin sayı isə 402 nəfərdir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar