Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədova məxsus zavodda kütləvi ixtisar - Şikayət

İşə yalnız qohumları götürülür

Sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus "Garant Holding”in törəmə müəssisəsi olan "Fortis Group” tikinti materialları istehsal edən zavodda 60-a yaxın işçi işdən çıxarılıb.

Bu barədə Unikal.og-a zavodda 14 ildir gözətçi işləmiş Kamilov Kamal Nəbi oğlu bildirib. O deyib ki, 2004-cü ilin 1 may tarixindən 2018-ci ilin sentyabr ayınadək "Fortis Group”da (əvvəllər "Azbentonit” MMC) nəzarətçi-gözətçi vəzifəsində işləyib:

"Çalışdığım müddətdə işimdə heç bir nöqsan olmayıb. 2018-ci ilin 6 sentyabr tarixində "Fortis Group”un icraçı direktoru Hüseynağa Ağayevin əmri ilə tutduğum vəzifədən azad olunmuşam. Hüseynağa Ağayev məni qeyri-qanuni olaraq əmək məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən işdən azad edib. Mən bununla bağlı rəhbərliyə öz narazılığımı bildirdim. Vurğuladım ki, "işimdə heç bir nöqsan yoxdur və uzun müddətdir bu müəssisədə vicdanla çalışıb, balalarıma bir parça çörək aparmışam. Xahiş edirəm məni işimdə saxlayasınız”.

Bütün xahiş və iradlarıma baxmayaraq icraçı direktor məni vəzifəmdən azad etdi”.

Kamal Kamilov onu da iddia edib ki, zavodda çalışdığı 14 illik iş müddətində ona 13-cü əmək haqqı verilməyib:

"Zavod rəhbərliyi tərəfindən mənə iki aylıq kompensassiya verildi. Bununla belə, 2016-cı ilin fevral ayının 1-dən 2018-ci ilin sentyabr ayının 10-na kimi, əmək məcəlləsinə zidd, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq zavodda 8 saat əvəzinə 12 saat işləmişəm. Buna məni məcbur ediblər. Artıq işləməyimə görə, nə müqavilə bağlanılıb, nə də əmək haqqı ödənilib. Bu da əməyimin istismarıdır.

Mən bu günləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevdən xahiş edirəm ki, hüquqlarımın bərpası üçün lazımi tədbir görsün. Artıq bununla bağlı sentyabr ayının 17-si nazirlikdə olmuşam. Orada məni Dövlət Əmək Müfəttişliyi Xidmətinin 6 saylı dövlət əmək müfəttişliyinə şikayətimi yönəldiblər.


Bildirildi ki, 15 iş günü ərzində şikayət ərizəm araşdırıldıqdan sonra, mənə cavab veriləcək. 23 gün keçməsinə baxmayaraq əmək müfəttişliyi tərəfindən mənə rəsmi cavab verilməyib. Bu gün işimə baxan 6 saylı əmək müfəttişliyinin əməkdaşı ilə də görüşdüm. O da mənə dedi ki, "Fortis Group” tikinti materialları istehsal edən zavoddan məsələ ilə bağlı heç bir cavab ala bilməyib”.

Kamal Kamilov onu da bildirib ki, "Fortis Group” tikinti materialları istehsal edən zavodunun əsl rəhbəri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovdur:

""Fortis Group” MMC-nin sədri İldırım Məmmədovun kürəkəni Erşad adlı cavan oğlandır. İcraçı direktor Hüseynağa Ağayev isə İldırım Məmmədovun qaynıdır. Hazırda zavodda rəhbərliyi Ziya Məmmədovun yaxın qohumları edir. İşçilərin əksəriyyəti də qohum-əqrabasıdır. Onlara yaxın olmayan 60-a yaxın işçi mənimlə birgə zavoddan çıxarılıb. Təkcə, zavodun mühafizə qrupundan 7 nəfəri işdən azad ediblər. Əgər bilsəm ki, şirkətin gəlirləri azalıb, heç bir söz demərəm. Şirkət yüksək gəlirlə işləyir.

##relatedPostMilli##Eşitdiyimə görə, Ziya Məmmədovun qohumlarından ayda 7 min manat maaş alan da var. Kənar şəxslərə isə cəmi 300-400 manat maaş verirdilər. Mənim aylıq maaşım isə cəmi 345 manat idi. Onu da biz kasıblara çox gördülər. İşdən uzaqlaşdırılmağımla bağlı ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya da müraciət edəcəm. Göydə Allaha, yerdə isə onlara güvənirəm”.

Xatırladaq ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun ailə biznesinin cəmləşdiyi "Garant Holding”in törəmə müəssisəsi olan "Garant İnşaat Sənaye” MMC 2004-cü ildə "Azbentonit” MMC adı ilə fəaliyyətə başlayıb. Müəssisənin yaradılmasında əsas məqsəd Respublikamızın mineral qeyri-filiz xammal yataqlarının kəşfiyyatının öyrənilməsini, texnoloji qiymətləndirilməsini həyata keçirmək, sənaye əhəmiyyətli olan yataqların xammalları əsasında müxtəlif təyinatlı məhsulların istehsalını təşkil etməkdən ibarətdir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar