Çərşənbə, 20 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı dünya çempionu olub

Rövşən Xəlilov əvvəlki yarışlarda olduğu kimi, bu dəfə də əzmkarlıqla mübarizə apararaq rəqiblərindən üstün olduğunu sübut edib və Dünya çempionu adına layiq görülüb

4-7 oktyabr 2018-ci il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində kişi və qadınlar arasında WRPF (Poverlifting) üzrə Dünya çempionatı keçirilib. Çempionatda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov da ölkəmizi təmsil edən 13 idmançı arasında yer alıb.

Rövşən Xəlilov əvvəlki yarışlarda olduğu kimi, bu dəfə də əzmkarlıqla mübarizə apararaq rəqiblərindən üstün olduğunu sübut edib və Dünya çempionu adına layiq görülüb.

Qeyd edək ki, Rövşən Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı, 2 qat dünya çempionu və fəxri idman ustasıdır.

pia.az

Şərh yazın.

loading...