Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini batırır

Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyev hər ay nəzarətindəki gəmilərdən 30-40 min manat civarında gəlir əldə edir

Bu mənfəət qeyri-rəsmi qazancdır və nə qurumun fonduna, nə dövlət büdcəsinə, nə də vergiyə çatır.

Ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparıldığı bir dövrdə hələ də işində dönüş yaratmayan məmurlar iş başındadır. Dövlət başçısının hamını belələrinə qarşı mübarizə aparmağa səsləməsi də təsadüfi deyil. Bu məqsədlə saytımıza daxil olan ilginc məlumatları diqqətinizə çatdırırıq.

Rubrika.Az saytına Xəzər Dəniz Gəmiçiliyi QSC haqqında ilginc məlumatlar daxil olub. Verilən məlumatlarda bildirilir ki, QSC-nin sədri Rauf Vəliyev hər ay nəzarətindəki gəmilərdən 30-40 min manat civarında gəlir əldə edir. Bu mənfəət qeyri-rəsmi qazancdır və nə qurumun fonduna, nə dövlət büdcəsinə, nə də vergiyə çatır. R.Vəliyev aylıq gəlirindən nə deklorasiya verir, nə vergi ödənişi edir.

Verilən məlumatlarda bildirilir ki, nizam-intizamın aşağı səviyyədə olması, vəzifə dəyişmələrində (gəmidaxili) və sertifikatlaşdırmada mövcud olan süründürməçilik və mühüm qanun pozuntuları adıçəkilən qurumda dözülməz vəziyyət yaradıb. Məlumatlarda qeyd olunur ki, nizam-intizam məsələlərinin acınacaqlı vəziyyətdə olmasının əsas səbəblərindən biri gəmi kapitanlarının vəzifələrindən sui-istifadə etməsi və rəhbərliyin onları dəstəkləməsi ilə bağlıdır. Gəmilərdə vəzifədən-vəzifəyə təyin etmə prosesi Rauf Vəliyev tərəfindən təyin olunmuş qrupun nəzarəti altında həyata keçirilir. Həmin qrupun isə daha çox gördüyü işi "xüsusi maraqlarla" apardığı bildirilir.

P.S. Mövzu ilə bağlı Xəzər Dəniz Gəmiçiliyi QSC ilə əlaqə saxlamağa cəhd göstərək də, bu mümkün olmadı. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. (rubrika.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar