Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Ermənistanda möhkəmlənəcəyi halda Azərbaycanın regionda təklənməsi mümkündür? - Müsahibə

Politoloq: “Ermənistanda indiki parlament seçkiləri qərarı Düşənbədə verildi. Düşənbədə Putin Paşinyana deyib ki,...”

Ermənistanın problemləri eyni ilə yerində qalacaq. Hətta ehtimal edirəm ki, növbəti 5 ildə Ermənistanın problemləri bir azda dərinləşəcək”.

Ermənistan parlamenti narazılıq və müzakirələrdən sonrabu gün keçirilən iclas zamanı növbədənkənar seçkilərindekabrda keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu arada seçkilər ərəfəsində müxalif qüvvələr paşinyana qarşı birləşməyə başlayıblar.

Bu ilin dekabrında Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu barədə qərar Paşinyanın təzyiqlərindən sonra parlamentin baş tutan iclasında qəbul edilib. Qanunverici orqanın 55 deputatı qərarın lehinə səs verib. Qərardan sonra Parlamentin iki həftə ərzində yeni baş nazir seçməməsi şərti ilə Nikol Paşinyan istefaya getməlidir.

Bu arada Ermənistan mətbuatında yer alan xəbərlərə görə, növbədənkənar parlament seçkiləri ərəfəsində Nikol Paşinyan hökumətinə qarşı müxalif qüvvələr səfərbər olublar. Ermənistanda iş adamı kimi tanınan “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan yeni hökumətə qarşı ittifaq yaradır. O, parlamentdə təmsil olunmayan siyasi qüvvələrlə yaxın zamanlarda danışıqlara başlayacağını açıqlayıb.

Ermənistanın “Jamanak” qəzetinin məlumatına görə, danışıqlarda məqsəd növbədənkənar parlament seçkilərində vahid blokla iştirak etməkdir. Siyasi bloka “İrs” partiyası, Erməni Milli Konqresi və digər kiçik partiyaların, eləcə də Andreas Qukasyan, Samvel Babayan, Seyran Ohanyanın daxil olacağı gözlənilir.


Məlumata görə, Sarukyan, həmçinin yeni yaradılan “Sasna srer” partiyasına da əməkdaşlıq təklif edəcək. Bu partiyanın üzvləri iki il əvvəl Erebuni rayonunda post-patrul alayına hücuma görə saxlanılan silahlı qruplaşmanın üzvləridir və məhz Qakik Sarukyanın təqdim etdiyi pul girovunun müqabilində həbsxanadan çıxa biliblər.

Siyasi ekspertlər isə hesab edirlər ki, Paşinyana qarşı yaradılan cəbhə onun parlament seçkilərində qalib gəlməsini şübhə altına alır.

Ermənistanda yaşanacaq siyasi vəziyyəti və bunun Azərbaycana, xüsusən də Dağlıq Qarabağa təsirləri ilə bağlı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu PİA.az-ın əməkdaşının suallarını cavablandırıb.

Mübariz Əhmədoğlu: “Rusiya Ermənistanı cəzalandırmaq üçün Qarabağ məsələsindən istifadə etmək istəyirdi”.

PİA.az Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlunun bu mövzu ilə bağlı müsahibəsini oxucularının diqqətinə çatdırır:

- Mübariz müəllim, Ermənistan parlamenti narazılıq və müzakirələrdən sonra dünən keçirilən iclas zamanı növbədənkənar seçkilərin dekabrda keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu arada seçkilər ərəfəsində Respublikaçılar Partiyasının bəzi üzvləri Paşinyana dəstək veriblər. Demək olarmı ki, dekabrda keçiriləcək seçki Ermənistandakı siyasi qarşıdurmaya son verə bilər, yoxsa Ermənistanda qarşıdurmanın uzun müddət davam edəcəyi gözləniləndir?

- Ermənistanda problemlərə, böhrana, qarşıdurmaya strateji prizmadan baxanda yalnız bir halda son qoyulacaq. Bu hal da Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa olunmasından sonra olacaq. Nə qədər ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa olunmayın Ermənistanda inkişaf ola bilməyəcək. Ola bilər ki, hansısa bir dövlət Azərbaycanın acığına Ermənistana yardım etsin. Belə variant mümkündür. Amma burada söhbət ondan gedir ki, Ermənistanda əhali qalmaq istəmir. Ermənistanda əhalinin dayanması üçün Ermənistan höküməti hökmən Azərbaycanla münasibətləri normallaşdırmalıdır.

Azərbaycanla münasibətlər normallaşandan sonra Ermənistanın Türkiyə ilə də münasibətləri normallaşa bilər. Azərbaycan Ermənistana investisiya yatırandan sonra digər dövlətlərin də Ermənistana investisiyası gələcək. Nə qədər ki, Azərbaycan Ermənistana investisiya yatırmayıb, eləcə də başqa dövlətlər Ermənistana iri miqdarda investisiya yatıra bilməzlər. 200-300 milyon dollar dövlət miqyasında elə də çox pul deyil. Azərbaycanla münasibətlərin normallaşması üçün də Ermənistan hökmən Dağlıq Qarabağ problemini həll etməlidir.

Əslində indi Ermənistanda baş verənlər siyasi böhranın davamıdır. Bu siyasi böhran Serj Sərksyanın dövründə başlamışdı. Serj Sərksyan siyasi böhranı gördüyü üçün Ermənistanda dövlət qurluşun dəyişdi. İri siyasi yol dəyişmə etdi ki, bu yolla siyasi böhrandan qaçsın, amma qaça bilmədi və hakimiyyəti əlindən verdi. Həmin siyasi böhran da Nikol Paşinyanı hakimiyyətə gətirdi. 5 aydır ki, Ermənistanda Paşinyan hakimiyyətdədir və ölkədə bir dənə də olsaun artım yoxdur. Belə demək mümkündürsə, bir qəpik belə Ermənistana investisiya gəlməyib. Əksinə Ermənistanda əhaliyə satılan gündəlik tələbat mallarının qiyməti artıb.

Keçən ayın rəqəmləri açıqlandı, bir müddətdən sonra da bu ayın qərəmləri açıqlanacaq. Ötən ay bəlli oldu ki, Serj Sərksyan son 5 ayda Ermənistanın xarici borcunun artımın dayandıra bilmişdi. Amma indi Nikol Paşinyandan sonra xarici borcda 0.1 faiz də olsa artım var. Yəni Ermənistanda iqtisadiyyat yenidən geriləməyə başlayıb.

Mübariz Əhmədoğlu: “Paşinyanı ABŞ hakimiyyətə gətirsə də, Rusiya Paşinyanı ABŞ-ın əlindən aldı”.

Buna görə də dekabr ayında keçiriləcək parlament seçkiləri sdəcə olaraq Nikol Paşinyana 5 illik legitimlik verəcək. Bundan başqa heç bir problem həll olunmayacaq. Ermənistanın problemləri eyni ilə yerində qalacaq. Hətta ehtimal edirəm ki, növbəti 5 ildə Ermənistanın problemləri bir azda dərinləşəcək. Əgər Nikol Paşinyan Azərbaycanla münasibətləri normallaşdırsa, düşünürəm ki, mümkündür Paşinyan 5 illik hakimiyyəti uğurla başa vura bilər.

- Bəzilərinə görə hazırda Ermənistan uğrunda ABŞRusiya arasında geosiyasi savaş gedir. Bu savaşda kimin qalibiyyət qazanmasını gözləyirsiniz?

- Rusiya prizmasından baxanda Ermənistanda hələ Nikol Paşinyan kimi ikinci dövlət başçısı olmayıb. Yəni müstəqil Ermənistanda Rusiyanın tələblərini qısa müddət ərzində bu qədər asanlıqla, rahat yerinə yetirən ikinci liderə rast gəlməmişik. Mən Ermənistanın keçmişin də, indiki dövrünü də bilirəm. Məlumdur ki, Paşinyanı Ermənistanda hakimiyyətə Rusiyanın acığına ABŞ gətirdi. Çünki Serj Sərkisyan ABŞ-ın bəzi layihələrini reallaşdıra bilmirdi. ABŞ Serj Sərkisyan dövründə Ermənistanın enerji sahəsinə 8 milyard pul yatırmaq istəyirdi ki, Ermənistan Rusiyadan enerji asılılığını azaltsın. Bunun əvəzinə isə Sərkisyan ABŞ-ın Ermənistandakı biloji laboratoriyasına rusiyalı mütəxəssisləri buraxdı. Yəni ABŞ Sərkisyana açıqlanmışdı və buna görə də onu devirdi. ABŞ güman edirdi ki, Nikol Paşinyan onlar nə deyəcəksə, onu da edəcək. Paşinyan da parlamentdə deputat olarkən çox kəskin surətdə anti-Rusiya bəyanatları verirdi.

Amma indi Paşinyan ABŞ-ın bioloji laboratoriyalarının hamısın Ermənistanın balansına keçirdi. Yəni demək olar ki, Paşinyan ABŞErmənistandan qovur. Həmçinin də Paşinyan istəyir ki, Trampla görüşsün, amma Trampın Adminstrasiyası buna imkan vermir.

Paşinyan baş nazir seçiləndən sonra Ermənistandan çox mütəxəssis ABŞ-a gedib ki, okeanın o tayından Ermənistana investisiya cəlb etsinlər . Amma bu mümkün olmur. Hətta ABŞ konqresmenləri Paşinyan baş nazir seçiləndən sonra 4-5 dəfə Trampa məktub yazıblar ki, Paşinyan demokratik hökümət qurur. Buna görə də ona yardım, investisya lazımdır. Amma göründüyü kimi bu məktublar da cavabsız qalır. Demək olar ki, ABŞ Ermənistandan tamam əlin üzüb. Hal-hazırda Ermənistan uğrunda ABŞ mübarizə aparmaq istəmir.

Mübariz Əhmədoğlu: “Rusiya Qarabağ məsələsində tələsmir. Hətta deyə bilərəm ki, Rusiya yenə Ermənistana dəstək mövqeyinə qayıdıb”.

Yenə qeyd edim ki, Paşinyanı ABŞ hakimiyyətə gətirsə də, Rusiya Paşinyanı ABŞ-ın əlindən aldı. İndi Paşinyan Rusiyanın adamıdır. Paşinyan kimi heç bir erməni lideri Moskanın qarşısında bu qədər əyilməyib.

Paşinyan Moskvanın göstərişlərin tam yerinə yetirir. Buna görə də hesab edirəm ki, bu mübarizə barədə danışanlar anaxronizmdədirlər. Yəni indi elə bir mübarizə yoxdur. Bəlkə də dekabrdan, yəni parlament seçkilərindən sonra ABŞ yeni qüvvə səfərbəy edib Ermənistan uğrundan mübarizəyə başlayacaq. Amma hal-hazırda mən bu əlaməti görmürəm.

- Mübariz müəllim, bəs Ermənistan uğrunda fövqəldövlətlərin savaşı regiona, o cümlədən Dağlı Qarabağa və Azərbaycana nə vəd edir?

- Region başqa məsələdir. Çünki Putin yenidən prezident seçiləndən sonra tamamilə yeni siyasət aparır. Putin heç bir region dövləti ilə münasibəti gərginləşdirmək istəmir. Putin çalışır ki, Gürcüstanla xoş dildə danışsın. Rusiya rəsmilərinin də Gürcüstanla bağlı verdiyi bütün bəyanatlar optimist ruhludur.

Bildiyimiz kimi Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələndə bu Rusiyanın xoşuna gəlməmişdi. Amma Rusiya gördü ki, ən yaxşı ruspərəst elə Paşinyandır və indi ondan istifadə edir. Həmçinin birmənalı olaraq Azərbaycan-Rusiya münasibətləri inkişafdadır. Rusiya çalışır ki, yaxşı variantda özünün regionda iştirakını daha da artırsın. Rusiya regionu daha çox öz maraq dairəsinə daxil etmək istəyir.

Qarabağ məsələsində isə vəziyyət bir az fərqlidir. Paşinyan Ermənistanda hakimiyyətə gələndə birinci iki ay ərzində Rusiya ciddi surətdə çalışdı ki, Ermənistanı cəzalandırsın. Hətta Rusiya Ermənistanı cəzalandırmaq üçün Qarabağ məsələsindən də istifadə etmək istəyirdi. Amma Paşinyan Rusiya tərəfə əyiləndən sonra Rusiya hesab edir ki, əgər indi Qarabağ Azərbaycana keçsə, Paşinyan hakimiyyətdə qala bilməyəcək. Buna görə də hal-hazırda Rusiyanın Dağlıq Qarabağ məsələsindəki mövqeyi lap əvvəlki mövqeyinə yaxınlaşıb. Yəni Rusiya Qarabağ məsələsində tələsmir. Hətta deyə bilərəm ki, Rusiya yenə Ermənistana dəstək mövqeyinə qayıdıb.

Mübariz Əhmədoğlu: “Putin Paşinyana deyib ki, get bu ilin axırına qədər seçkini keçir və özün də seçil. Bu ilin axırına qədər mən də sənə söz verirəm ki, Azərbaycan sənə qarşı müharibə etməyəcək”.

Qarabağ konteksindən regiona baxanda görünür ki, vəziyyət fərqlidir. Fərq ondan ibarətdir ki, rəsmən hamı etiraf edir ki, hərbi balans Azərbaycanın xeyrinə dəyişib. Nikol Paşinyan və digərləri Ermənistan ordusunun daxilindəki qüsurları açdılar. Bəlli oldu ki, Ermənistan ordusu bərbad gündədir. Eləcə də Rusiya-Azərbaycan münasibətlərinin istiləşməsi erməniləri bir az da qorxudur ki, Rusiya Azərbaycana ucuz qiymətə silah verəcək və Azərbaycan Rusiyadan daha çox silah alacaq. Bu məsələnin bir tərəfidir.

##relatedPostMilli##İkinci ən vacib məsəldə söhbət Merkelin regiona səfərində baş verən hadisələrdən gedir. Merkel Yerəvanda olarkən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı çox vacib bəyanat verdi. Merkel dedi ki, Qarabağ münaqişəsində vasitəçiliyi Almaniya öz üzərinə götürür. Yəni Merkel ATƏT-in Minsk qrupunun üzvlərini diplomatik yolla bir qırağa qoydu. Merkelin bu sözü Putinə təsir edib və Rusiyada narahatlıq yaradıb. Buna görə də Dağlıq Qarabağ məsələsində Putin aktivləşib. Göründüyü kimi, çox ziddiyyətli mənzərə yaranıb.

Düşünürəm ki, Ermənistanda indiki parlament seçkiləri qərarı Düşənbədə verildi. Yəni Düşənbədə Paşinyan Putinlə görüşdü. Putinin sözü ilə Paşinyan bizim prezident İlham Əliyevlə görüşdü və məlum razılaşma əldə olundu.

Ümumiləşdirəndə görünür ki, Düşənbədə belə bir vəziyyət yaranıb ki, Putin Paşinyana deyib ki, get bu ilin axırına qədər seçkini keçir və özün də seçil. Bu ilin axırına qədər mən də sənə söz verirəm ki, Azərbaycan sənə qarşı müharibə etməyəcək. Sonra Azərbaycan vasitəsi ilə Ermənistanı Rusiya ilə birləşdirən Mehri dəmir yolunu aç və Azərbaycanın rayonların qaytar. Qarabağın statusunu isə sonra həll edərik. Paşinyan Putindən təminat alıb ki, dekabr ayında seçki keçirilsə, Putin Ermənistanda müəyyən qüvvələr var ki, onlara dəstək verməyəcək. Yəni Putin Paşinyan üçün yol açıb. Bunun əvəzində də Paşinyan Putin üçün Mehri dəmir yolunu açacaq. Həmçinin Putin elə bir imitasiya yaradacaq ki, Qarabağ məsələsində Rusiya ABŞ-dan, Fransadan, hətta Almaniyadan da artıq aktivlik göstərəcək.

Mübariz Əhmədoğlu: “Rusiyadan sonra əgər Ermənistanda başqa dövlətin güclənmək şansı varsa, bu İrandır”.

Hesab edirəm ki, biz 7 rayonla bağlı çox ciddi dəyişikliklər ərəfəsində olacağıq. Amma bunun üçün də biz hökmən dekabrda Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrini gözləməliyik.

- ABŞ-ın Ermənistanda möhkəmlənəcəyi halda Azərbaycanın regionda təklənməsi mümkünüdürmü?

- Yaxın dövrdə ABŞ-ın Ermənistanda möhkəmlənməsi mümkün deyil. Çünki hal-hazırda Rusiya Ermənistanda çox güclüdür. Rusiyadan sonra əgər Ermənistanda başqa dövlətin güclənmək şansı varsa, bu İrandır. Yəni indi İran ABŞ-ın Ermənistanda möhkəmlənməsinə icazə verməyəcək.

Onu da qeyd edim ki, İsrail də çox ciddi cəhd edir ki, Ermənistanda möhkəmlənsin. Yəni İsrail Azərbaycanı İrana qarşı çevirə bilmədi, amma İsrail anti-İrançılığından əl çəkmir. Buna görə də Ermənistanda möhkəmlənmək istəyir. Hal-hazırda bu mövzuda Ermənistanla İsrail arasında çox ciddi danışıqlar gedir. Buna görə də İran ABŞ-ın Ermənistanda zəiflədiyi dövrdə ABŞ-ın yenidən Ermənistanda güclənməsinə imkan verməyəcək.

Həmçinin də Ermənistanın güclənməsində bir vacib məsələ budur ki, indi Gürcüstanın Ermənistana münasibəti də əvvəlki münasibət deyil. Gürcüstan da çalışır ki, Ermənistanı öz təsiri altına alsın. Buna görə Ermənistanın yeganı mümkün yolu ya normal dövlət olub Azərbaycan, Gürcüstanla regional format yaradıb bu istiqamətdə əməkdaşlıq etməsidir, ya da Ermənistan dövlət kimi ya İranın, ya da Rusiyanın tərkibinə girəcək.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar