Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həşəratlar bitkilərə köçürüləcək

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) bitki genlərinin dəyişdirilməsi üçün həşəratlardan istifadə imkanını öyrənir

Məlumata görə, alimlər həşəratların genini dəyişməklə onları geni modifikasiya edilmiş virusların kənd təsərrüfatı bitkilərinə köçürülməsi üçün istifadə etməyi planlaşdırırlar.

Beləliklə, tədqiqatçılar bitkilərdə xəstəlik, quraqlıq və onlar üçün digər tipik təhlükələrə qarşı immunitet yaratmaq istəyirlər.

Bildirilir ki, eksperiment iştirakçılarının müsbət qiymətləndirməsinə baxmayaraq tədqiqat hamı tərəfindən optimizmlə qarşılanmır. Belə ki, bir sıra alimlərin fikrincə, bu texnologiyaya potensial bioloji silah konteksti kimi yanaşmaq olar.

Bununla belə, ABŞ Dövlət Departamentinin nümayəndələri bildirib ki, "Insect Allies" layihəsi dinc məqsədlər üçün hazırlanır və bioloji silahlar haqqında Konvensiyanı pozmur. Tədqiqatların aparılmasında, həmçinin ABŞ Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri iştirak edirlər.(ICTnews)

pia.az


Etiket: Həşarat bitki


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar