Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev: “Tikilmiş stansiyalar tam gücü ilə işləmir”

“İnfrastruktur layihələri ilə bağlı ilin sonuna nəzərdə tutulan bütün məsələlər öz həllini tapır”

“Qazlaşdırma 94 faizə çatıb, hədəf 95 faiz idi, ilin sonuna qədər biz buna nail olacağıq. Bu ilin sonuna qədər “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur”.

Bunu Prezident İlham Əliyev dünən Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr edilmiş iclasındakı yekun nitqində deyib.

Prezident bildirib ki, bu, bizim sistemimizə əlavə 400 meqavat enerji verəcək. Bu, çox böyük gücdür.

“Eyni zamanda, enerji sistemimizdə çox ciddi islahatlar, təhlil aparılır. Yay ayında baş verən o qəzanın səbəbləri tam araşdırılıb və müvafiq inzibati ölçülər götürülüb. İnvestisiya qoyuluşu, bizim enerji təsərrüfatının texniki vəziyyəti ilə bağlı çox ciddi addımlar atılıb, bu işlərə beynəlxalq məsləhətçilər cəlb edilib. Biz bu il və gələn il bu sahəyə əlavə vəsait ayıracağıq ki, həm generasiya güclərinin yaradılması, ötürücü xətlərin, yarımstansiyaların tam dayanaqlılığı təmin edilsin.

Eyni zamanda, mövcud stansiyaların generasiya güclərinin artırılması üçün əlavə addımlar atılacaq. Çünki vaxtilə tikilmiş stansiyalar tam gücü ilə işləmir.

Mənə məlumat veriləndə cədvələ baxıram ki, 80 meqavat nəzərdə tutulub, cəmi 15 meqavat işləyir. Bunları belə səmərəsiz şəkildə istismar ediblər ki, onların bəziləri demək olar ki, öz potensialını itirib. Biz bunları bərpa edəcəyik. Təbiidir, müəyyən qədər vaxt lazım olacaq. Ancaq bu sahədə tam yeni bir yanaşma olmalıdır. Biz bu gün də elektrik enerjisini ixrac edirik, bizdə kifayət qədər potensial var. Gələcəkdə özümüzü perspektivləri nəzərə alaraq təmin etməklə ixracımızı da artıracağıq”, -deyə dövlət başçısı vurğulayıb. (virtualaz.org)

pia.az


Etiket: İlham Əliyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar