Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vahid Əhmədov: “Ən ciddi məsələlərdən biri kölgə iqtisadiyyatıdır”

"Cənab Prezident Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında faktiki olaraq bütün məsələlərə toxundu"

"Hesab edirəm ki, 9 ay ərzində Azərbaycanın sosial-iqtisadi inkişafı müsbət olub".

Bunu teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, ötən 9 ay ərzində ümumi daxili məhsulda 0,8 faiz artım olub. Ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub, qeyri-neft sektorunda inkişaf var:

“Hansı məsələlər diqqət mərkəzində olmalıdırsa, dövlət başçısı məhz o məsələlərə toxundu. Ən ciddi məsələlərdən biri kölgə iqtisadiyyatı ilə bağlıdır. Cənab Prezident qeyd etdi ki, kölgə iqtisadiyyatı bütün ölkələrdə var. Azərbaycan da istisna deyil. Amma bunun dərəcəsi var, çalışmaq lazımdır ki, bu dərəcə aşağı olsun. O cümlədən Vergilər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə göstərişlər verdi ki, şəffaflıq təmin olunsun, sahibkarlar incidilməsin. Olan problemlər həllini tapsın. Bundan əlavə dövlət başçısı əmək haqları ilə bağlı məsələdən bəhs etdi. Əmək haqlarının gizlədilməsi, vergi sistemində uçotun düzgün aparılmaması və sair xoşagəlməz halların qarşısının alınmasını tapşırdı. Bundan başqa azad rəqabətin təmin olunması, inhisarçılığın olmaması, bəzi məmurların kimlərinsə arxasında dayanmaları kimi çox ciddi məsələlərə toxundu və cəmiyyətə mesaj verdi ki, bu məsələlər öz həllini tapmalıdır, korrupsiyaya qarşı mübarizə sahəsində ciddi addımlar atılmalıdır və sair”.

Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərə də toxunduğunu qeyd edən V.Əhmədov Ermənistanın yeni rəhbərliyinin konstruktiv addımlar atmalı olduğunu vurğulayıb: “Dövlət başçısı bildirdi ki, Azərbaycan öz ərazilərini onsuz da azad edəcək. Yəni, bütün bu məsələlər diqqət mərkəzində oldu”.

V.Əhmədov əlavə edib ki, dövlət başçısı bütün problemləri bilir, diqqətdə saxlayır və onların həlli üçün göstərişlər verir:

“Cənab Prezident kifayət qədər dolğun çıxış etdi. Məsələlərdən kifayət qədər xəbəri olan dövlət başçısıdır. Mən hesab edirəm ki, bu templə davam etsə, Azərbaycanın iqtisadiyyatı inkişaf edəcək”.

pia.az 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar