Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,3 milyard olub

İqtisadiyyat naziri Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri Vey Cinhua ilə görüşüb

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə nazir Azərbaycanda Çinlə əməkdaşlığa böyük önəm verildiyini, ölkələr arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 1,3 mlrd. ABŞ dolları olub. Bununla belə ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar var.

Ş.Mustafayev qeyd edib ki, hazırda Pekində Azərbaycanın Ticarət Nümayəndəliyi fəaliyyət göstərir. Bu ilin sentyabrında Çinin Lucou şəhərində açılmış Azərbaycan Ticarət Evi iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi ilə yanaşı, Çində Azərbaycan məhsullarının tanıdılmasına, mədəniyyət və turizm sahəsində əməkdaşlığa töhfə verəcək. Bununla yanaşı, Azərbaycanın xarici ölkədə ilk şərab evi də Çinin Urumçi şəhərində açılıb. Bildirilib ki, Şanxayda da Azərbaycan Ticarət və Şərab evlərinin açılması nəzərdə tutulur. Bütün bunlar isə Çinlə ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcək.

Görüşdə bu ilin 5-10 noyabr tarixlərində Şanxayda keçiriləcək Birinci Beynəlxalq İdxal Sərgisi barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Sərgidə iştirak məqsədi ilə Azərbaycan nümayəndə heyəti Çinə səfər edəcək. Sərgidə Azərbaycan kənd təsərrüfatı və qida sənayesi, xidmət sahəsi üzrə 2 stendlə təmsil olunacaq.

300 kv.m sahəni əhatə edəcək pavilyonda Azərbaycanın 30-dan çox şirkətinin məhsul və xidmətlərinin nümayiş olunması nəzərdə tutulur. Səfər şərçivəsində həmçinin Çin rəsmiləri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

Çinlə tranzit daşımaları, logistika, ticarət, investisiya, turizm və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edən iqtisadiyyat naziri Azərbaycan-Çin iqtisadi əməkdaşlığının daha da genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Görüşdə həmçinin, Transxəzər nəqliyyat dəhlizinin üstünlükləri barədə məlumat verilib və Çində bu dəhlizin imkanlarının təşviqinin genişləndirilməsinin önəmi qeyd edilib.

V.Cinhua ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

pia.az


Etiket: Azərbaycan Çin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar