Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ovanisyan: "Ermənistan xaosa yuvarlanmaq ərəfəsindədir"

"Nikolun proqramı yoxdur, İrəvan xaosa sürüklənir"

Bu sözlər erməni jurnalist Gevork Ovanisyanın “Yekramas” saytında dərc olunan məqaləsində yer alıb.

“Hər hökuməti ilk 100 gününə görə mühakimə edirlər. Məhz bu dövr ərzində hakimiyyətə gələn qüvvənin öz proqramını nə dərəcədə icra etmək qabilliyyəti aydın olur.

Hakimiyyətə gələrkən Nikol Paşinyan deyirdi ki, onun hədəfi hakimiyyətdəki oliqarxik klanlar əsasından formalaşan, qərarları hüquqi əsas üzərində yox, hakimiyyət institutlarına qeyri-qanuni təzyiqlər əsasında qəbul edən köhnə sistemi sındırmaqdır. Paşinyan və onun tərəfdarları deyirdilər, hədəfləri oliqarxik idarəetməni güclü demokratik institutlar qurmaqdır. Bəs bu gün biz nə müşahidə edirik?

Keçən 100 günü Nikol Paşinyan möhtəşəm mitinqlə qeyd etdi. Bu mitinqdə o bəyan etdi ki, bundan sonra küçə yenidən formalaşmanın qarantı olacaq. Bəs o zaman əgər hər şeyin qərarı meydanda veriləcəkdisə, hansı reformlar və demokratik institutların formalaşmasından söhbət gedə bilər? Bu, sadəcə başlanğıcdır.

Nikol Paşinyan üçün ilk imkan 2008-ci ilin 1 mart hadisələri haqqında cinayət işi oldu. Burada araşdırma bir yolla - Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ünvanına ittihamların səsləndirilməsi ilə getdi. Yəni o və həmin dövrün silahlı strukturlarının rəhbərləri nümayişçilərə qarşı qeyri-qanuni güc tətbiq ediblər. Bu artıq cinayət işinin siyasiləşdirilməsi demək idi”, – deyə o bildirib.

Onun sözlərinə görə, Paşinyanın Köçəryanı konstitusion rejimi dəyişməkdə ittiham etməsi Paşinyanın özünün qeyri-legitim olması anlamına gəlir:

“Köçəryanı konstitusion quruluşu devirməkdə ittiham edirlər. İrəli sürülən iddia çox təhlükəlidir. Belə çıxır ki, əgər Köçəryan konstitusion rejimi de-fakto məhv edibsə, o zaman Serj Sərkisyan qeyri-legitimdir. Demək ki, həm də 2015-ci ilin konstitusiya reformları da qeyri-legitimdir. Demək ki, həm də Nikol Paşinyan qeyri-legitimdir, çünki Sərkisyan dövründə qəbul edilən qanunlar əsasında baş nazir olub”.

O, Ermənistanda yeni hökumətin sələfləri üçün cinayət hesab etdiyi bütün addımları özünün təkrarladığını bildirib. Ovanisyan yeni hökumətin özündən əvvəlkilərin səhvlərini təkrarlayacağı təqdirdə ölkənin xaosa yuvarlanacağını söyləyib. (axar.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar