Futbolçu Arda Turan Berkay Şahini döyməsinə münasibət bildirib
O, qəzetlərin yazdığı kimi sənətçinin xanımı Özlem Ada Şahinə sataşmadığını bildirib:
“Yayılan məlumatlarla bağlı qısa açıqlama verirəm. Bu davanı namusla əlaqələndirməyin. Bəsit bir mübahisə yaranıb, doğrudur. Amma səbəbi yazıldığı kimi deyildir. Belə bir şeyin olması qeyri-mümkündür. Hər iki tərəfə keçmiş olsun”.
Qeyd edək ki, dava zamanı Arda Berkayın burnunu sındırıb. Müğənni əməliyyat olunacaq. Sənətçinin xanımı isə mətbuata açıqlamasında futbolçunun ona sataşdığını qeyd etmişdi. (qafqazinfo.az)
pia.az