Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehman Hüseynovun şəxsi işi araşdırılacaq

Hakim bloqçunun vəsatətini rədd edib

İki illik həbs cəzasının il yarımdan çoxunu çəkmiş bloqçu Mehman Hüseynovun şərti azadlığa buraxılması məsələsini indi də Bakı Apellyasiya Məhkəməsi araşdırır. Oktyabrın 10-da onun şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Qaradağ Rayon Məhkəməsi M.Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması barədə ərizəsini rədd edib. Məhkəmə Mehmanın saxlandığı 14 Saylı Cəzaçəkmə Müəssisəsindən onun haqqında mənfi rəy verilməsini əsas götürüb.

Qaradağ Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.

Bloqçunun vəkili Şəhla Hümbətova oktyabrın 10-da məhkəmədə vəsatət qaldırıb ki, M.Hüseynov haqqında rəy vermiş Təbriz Əzizov çağrılıb dindirilsin: «O, müəssisədə Mehmanın olduğu dəstəyə rəhbərlik edir. Gəlsin, həm öz mülahizəsini əsaslandırsın, həm də bizim ona suallarımız var. Birinci instansiya məhkəməsində də müəssisə başqa bir adamı nümayəndə kimi göndərmişdi. Həmin şəxs bizim suallarımıza cavab verə bilmədi».

M.Hüseynov da vəkilinin vəsatətini müdafiə edib.

14 Saylı Cəzaçəkmə Müəssisəsi məhkəməyə bu dəfə Elgiz Murquzov adlı əməkdaşı nümayəndə qismində göndərmişdi. Prokuror vəsatətə etiraz edib. Deyib ki, növbəti iclaslarda bu nümayəndə suallara cavab verə bilməsə, o zaman T.Əzizovun çağrılıb dindirilməsi məsələsinə baxa bilər.

Elşad Şamayevin sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra vəsatətin təmin olunmadığını elan edib: «Müəssisənin nümayəndəsi iştirak edir. Biz özümüz də Mehman Hüseynovun şəxsi işini tələb edib araşdıracağıq».

Məhkəmə baxışı oktyabrın 17-nə təyin olunub.(Azadlıq radiosu)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar