Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kənan Məmmədov prezidentin siyasətinə qarşı: Bakı gömrüyü rəisinin “karandaş əməliyyatı”

Görünən odur ki, dövlət başçısının bu tənqidlərindən lazımı nəticə çıxartmayan məmurlar da az deyil

Prezident İlham Əliyev ölkə isqisadiyyatında rəqabətli mühitin formalaşması, daha əlverişli iqtisadi mühitin yaranması naminə sahibkarlara hərtərəfli dəstək nümayiş etdirir.

Təsadüfi deyil ki, prezident dəfələrlə sahibkarlara süni maneələr yaradan dövlət məmurlarını sərt şəkildə tənqid edib və bu kimi neqativ hallara son qoyulmasını tələb edib.

Görünən isə odur ki, dövlət başçısının bu tənqidlərindən lazımı nəticə çıxartmayan məmurlar da az deyil. Hər halda Savash.org-a Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin yarıtmaz fəaliyyəti ilə bağlı bir qrup sahibkarın göndərdiyi şikayət belə düşünməyə əsas verir.

Savash.org-a ünvanlanmış şikayətdə iddia olunur ki, Bakı Baş Gömrük İdarəsində sahibkarların sıxışdırılması, onlardan qanunsuz ödənişlər tələb olunması adi hala çevrilib. Belə bir vəziyyət adıçəkilən idarəyə yeni rəhbərliyin gəlişindən, konkret olaraq Kənan Məmmədovun Bakı Baş Gömrük İdarəsinə rəis təyinatından sonra yaranmağa başlayıb. Bununla bağlı sahibkar C.Hamletli bunları deyir:

Kənan Məmmədov prezidentin siyasətinə qarşı: Bakı gömrüyü rəisinin “karandaş əməliyyatı”“Əvvəl indi başımıza gətirilən özbaşınalıqlar yox idi. Hazırda isə vəziyyət belədir ki, sahibkarın ölkəyə gətirdiyi mallın dəyəri ilə bağlı ona təqdim olunan gömrük bəyannaməsinə malın real qiymətindən dəfələrlə çox məbləğ yazılır. Bu isə o deməkdir ki, sahibkar bu səbəbdən daha çox rüsum ödəməlidir. Konkret misalla belə təsəvvür edək ki, sahibkar İrandan dəyəri 5 min manatlıq mal gətirir, Bakı Baş Gömrük İdarəsində isə həmin məbləğ dəfələrlə artılıraq gömrük bəyannaməsində özünü 20-25 min manat kimi göstərir. Bu və digər qanunsuzluqlarla bağlı etdiyimiz çoxsaylı şikayətlər nəticəsiz qaldığından son çarə kimi mətbuata üz tutmaq qərarına gəldik”.

Sahibkarların bildirdiyinə görə, gömrük bəyannamələrində qiymətlər bir qayda olaraq qələmlə deyil, sonradan pozaraq üzərində dəyişiklik etmək asan olsun deyə karandaşla yazılır. Bu isə Bakı Baş Gömrük İdarəsində idarəçiliyin, sahibkarlarla qurulmuş işin hansı səviyyədə olması haqda ilkin təəssürat yaradır.

Savash.org mövzuyla bağlı araşdırmalarını davam etdirir, sahibkarların şikayətləri əsasında hazırlayacağımız daha geniş məqaləni isə yaxın günlərdə izləyə biləcəksiniz.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin yeni rəisi Kənan Məmmədovdur və o bundan əvvəll DGK-nın Tovuz Gömrük İdarəsinin rəisi olub.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar