Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaşuqçinin İstanbulda itməsi Türkiyə-Səudiyyə münasibətlərinə necə təsir edəcək?

Semih İdiz

“Əl-Monitor”

Ötən həftə türk nişanlısı ilə nikahla əlaqədar lazımi sənədləri əldə etmək üçün İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğuna daxil olan jurnalist Camal Xaşuqcinin yoxa çıxması prezident Rəcəb Tayyib Ərdoğanın yeni baş ağrısıdır.

Səudiyyə Ərəbistanı casuslarının onu qətlə yetirməsi iddiası Ankara üçün özü və başlıca Körfəz dövləti arasında ciddi qarşıdurma yaratmaq potensialına malikdir.

Regionda baş verən hadisələrlə bağlı bir sıra məsələlər ucbatından Türkiyə-Səudiyyə əlaqələrində fərqli baxışlar mövcuddur.

Səudiyyə rejimi Ərdoğanın islamçı dəstək bazasına elə də hörmətlə yanaşmır. “Mötədil İslam” termini türk islamçıları arasında hökumətləri idarə etmək üçün nəzərdə tutulmuş Qərb ixtirası kimi səciyyələndirilir. Səudiyyə rejimi də Türkiyədə ABŞ və İsrail maraqlarına xidmət edən Yaxın Şərqin ikili aktyorutək günahlandırılır.

Türkiyənin dəstəklədiyi “Müsəlman Qardaşlar” və “HƏMAS” Səudiyyə Ərəbistanında ekzestensial təhlükə yaradan radikal təşkilatlar kimi qəbul edilir, Ankara və Riyadı qarşı-qarşıya qoyur.

2013-cü ildə Riyadın Misir hərbçilərinə verdiyi dəstək, ölkənin seçilmiş prezidenti Məhəmməd Mursini devrilməsi də Ankara üçün sağalmaz yaradır.

Türkiyənin “Müsəlman Qardaşlar”ı dəstəklənməsi, İranla yaxşı əlaqələri, Körfəz dövlətinin Qətəri təcrid etmək və cəzalandırmaq səylərinə də qətiyyətlə sədd çəkməsi Ankara və Riyad arasında digər mübahisəli məsələdir.

Əlaqələrdəki bu kölgələrə baxmayaraq, diplomatik praktika tərəfləri dostluq münasibətlərini saxlamağa məcbur edib. Bununla birlikdə, indi Xaşuqcinin yoxa çıxması ilə əlaqədar faktların ortaya çıxması işi çətinə sala bilər.

Camal Xaşuqcinin Ərdoğanın Ədalət və İnkişaf Partiyasının (AKP) tanınmış şəxsləri ilə yaxşı əlaqələr qurması və Türkiyədəki iqtidarla güclü münasibətləri də Ərdoğanı Riyad əleyhinə qətiyyətlə hərəkət etməyə təşviq edəcək.

Həftəsonu ilk bəyanatında Ərdoğan, həmçinin Xaşuqcini “köhnə dost” olaraq xarakterizə edib. Gündəlik “Yeni Şafak” qəzetinin şərhçisi və Ərdoğanın şəxsi müşaviri Yasin Aktay, Xaşuqcinin itkin düşməsindən həyəcan təbili çalıb. O, Xaşuqcinin türk nişanlısı Xədicə Cengizlə əlaqə saxlayıb.

Yaxın Şərqdəki tanınmış simalar, o cümlədən 2011-ci il Nobel sülh mükafatına layiq görülən yəmənli jurnalist, siyasətçi və hüquq müdafiəçisi Təvəkkül Əbdülsalam Karman rəsmi Riyadı ittiham edir.

AKP tərəfdarlarının daha liberal qanadını təmsil edən “Karar” qəzetində Hakan Albayrak yazıb ki, Türkiyə bu işi asanlıqla həll etməyə qadir deyil: “Əgər Türkiyə məsələyə sərt təpki göstərməsə, Səudiyyə Ərəbistanı və digər ölkələr bu sayaq əməliyyatları Türkiyədə asanlıqla həyata keçirəcək”.

Hökumətyönlü “Daily Sabah”da Yəhya Bostan Səudiyyə Ərəbistanına qəzəb püskürüb: “Əgər Səudiyyə Ərəbistanı xarici diplomatik missiyada jurnalist və müxalifətçini qətlə yetirirsə, əlil dövlət adlanmağa layiqdir. Bunun mütləq hüquqi, siyasi və diplomatik nəticələri olacaq”.

Türk-Ərəb Media Assosiasiyasının rəhbəri Turan Kislakçı, təhlükəsizlik işçiləri tərəfindən verilmiş məlumatlara əsaslanaraq, Xaşuqci ilə bağlı hadisəyə izah verib: “Konsulluğa girdikdən sonra o, keyidilib və öldürülüb, sonra cəsədi 15 parçaya bölünərək 15 casus arasında paylanıb”.

Səudiyyə konsulluğu bu iddiaları rədd edir və Xaşuqcinin işini bitirdikdən sonra konsulluqdan çıxdığını iddia edib.

##relatedPostMilli##

“Bloomberg”-ə verdiyi müsahibədə şahzadə Məhəmməd də ölkəsinə qarşı iddiaları rədd edib və türk hökumətinə konsulluqda axtarış aparılmasına icazə verəcəyini söyləyib.

Amma bir çox şərhçilər Səudiyyə tərəfinin icazəsinə inanmırlar, çünki əksini sübut edən sübutlar yetərindən də çoxdur.

Səudiyyə rejimi Türkiyəni beynəlxalq səviyyədə çətin vəziyyətə salıb. Bu, ya zəkanın yoxluğu, ya da Türkiyəyə hörmətsizlikdir.

Diplomatik müşahidəçilər, Türkiyənin Riyaddakı səfirini geri çağırmasını və bu işi necə həll ediləcəyindən asılı olaraq, önümüzdəki günlərdə Səudiyyə baş konsulunun İstanbuldan qovulmasını gözləyir. Bunun iki ölkə arasındakı siyasi böhrana çevrilməsi potensialı da qalır.

Bununla yanaşı, Xaşuqcinin türk dostları diplomatik məqsədə nail olmaq üçün bu məsələni gündəmdə saxlamaqda qərarlı görünürlər.(Tərcümə: Strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar