Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qaşıqçını mişarla hissələrə bölüblər” – Türk rəsmisindən açıqlama

ABŞ-ın nüfuzlu qəzetlərindən olan “New York Times”-a açıqlama verən Türk rəsmiləri "Kral ailəsinin qərarı ilə Qaşıqçı, İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda öldürülüb" açıqlamasını edib

Adını açıqlamayan səlahiyyətli hadisə ilə əlaqədar olaraq "Pulp Fiction filmi kimi" ifadəsini işlədib.

“New York Times” qəzetinə danışan yüksək vəzifəli Türk rəsmisi Qaşıqçı-nın konsulluqda edam edildiyini açıqlayıb.
Adını açıqlamayan səlahiyyətli, Qaşıqçı sui-qəsdinin sürətli və mürəkkəb bir əməliyyat şəklində tamamlandığını və jurnalistin iki saat içərisində öldürüldüyünü ifadə edib. Səudiyyəli edam qrupunun təkcə bu cinayət üçün gətirdiyi mişar ilə Qaşıqçını öldürdükdən sonra hissələrə bölündüyünü deyən səlahiyyətli, baş verənlərin məşhur rejissor Quentin Tarantinonun filmlərinə bənzədiyini deyib.

BU ÖLÜM ƏMRİNİ SƏUDİYYƏ LİDERLƏRİ VERİB

Türk səlahiyyətli, Qaşıqçı-nın öldürülmə qərarının yüksək səviyyəli Səudiyyə liderlərdən gəldiyini, çünki bu qədər mürəkkəb əməliyyata aşağı səviyyələrdə rəsmilərin razılıq verməyəcəyini açıqlayıb. Qaşıqçı-nın gəldiyi gün iki charter təyyarəsilə 15 Səudiyyəli sui-qəsd qrupunun Türkiyəyə giriş etdiyi və bu 15 nəfərin də bir neçə saat sonra Türkiyəni tərk etdikləri ifadə edilib.

ARALARINDA EKSPERTİZA MÜTƏXƏSSİSİ DƏ OLUB

Səlahiyyətli, bu qruplarda ölmüş insanların orqanlarının araşdırılması ilə məşğul olan ekspertiza mütəxəssisinin olduğunu deyib. Türk rəsmisi, bu cür mütəxəssisin bədəni hissələrə ayırmaq üçün gəldiyini deyib.(Müxalifət.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar