Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İndoneziyada ölənlərin sayı 2000-i keçib

İndoneziyanın Sulavesi adasında baş verən dağıdıcı zəlzələ və yeraltı təkanların yaratdığı 6 metrlik sunami nəticəsində həyatını itirənlərin sayı 2000 nəfəri ötüb

AzVision.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın təbii fəlakət fəsadlarının aradan qaldırılması idarəsi bəyan edib.

İdarənin mətbuat katibi Sutopo Purvo Nuqroho bildirib ki, artıq hökumət Palu şəhərinin Petobo, Balaroa və Cono Oqe rayonlarında axtarış-xilasetmə əməliyyatlarını dayandıracaq.

Qeyd olunub ki, zəlzələ nəticəsində 2500-dən çox insan yaralanıb, min nəfərə yaxını itkin düşüb.

Qeyri-rəsmi rəqəmlərə görə isə, 5000-nə yaxın insan itkin düşərək dağıntılar və torpaq altında qalıblar. 200 min insanın humanitar yardıma ehtiyacı var.

Xatırladaq ki, 28 sentyabrda Sulavesi adasının Palu şəhərində 7,5 bal gücündə zəlzələ baş verib və yeraltı təkanlar nəticəsində 6 metr hündürlüyündə sunami yaranıb.

Fəlakət nəticəsində şəhərin böyük hissəsi demək olar ki, yuyulub və minlərlə insan dağıntılar altınla qalıb. Zəlzədən sonra indiyədək daha 508 yeraltı təkan qeydə alınıb.

İndoneziya hökuməti epidemiyaların yayılmasının qarşısını almaq üçün Palu təpəsi yaxınlığındakı ərazidə 1300-dən çox qurbanı dəfn etmək məqsədilə kütləvi məzar hazırlanması barədə könüllülərə təlimat verib. Həmçinin, təbii fəlakət nəticələrinin aradan qaldırılması üçün büdcədən 5 milyon dollar ayrılıb.

pia.az


Etiket: İndoneziya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar