Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əsgərova həsr olunan xatirə gecəsi keçiriləcək

Akademik Milli Dram Teatrında oktyabrın 11-də görkəmli Azərbaycan aktyoru, xalq artisti İlham Əsgərovun anadan olmasının 60 illiyinə həsr olunan tədbir keçiriləcək

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, xatirə gecəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq.

Mərasimdə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin arxivindən İlham Əsgərovun həyat və yaradıcılığını əks etdirən fotosərgi təqdim olunacaq, sənətkara həsr olunan videoçarx nümayiş etdiriləcək. Anım mərasimində İlham Əsgərovun Azərbaycan Teatrının inkişafındakı xidmətlərindən danışılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər.

Sonra isə İlham Əsgərovun xatirəsinə həsr olunan “Qürbətdən gələn məktublar” tamaşası nümayiş olunacaq. Yazıçı-diplomat Həsən Həsənovun eyniadlı əsəri əsasında hazırlanan iki hissəli dramın rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Səhnə əsərinin quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Tamaşada əsas rolları xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Elşən Cəbrayılov, Vəfa Zeynalova, aktyor Elçin Əfəndi ifa edir.

Çağdaş günümüzlə səsləşən tamaşada M.F.Axundzadənin obrazını vaxtilə xalq artisti İlham Əsgərov canlandırıb.

Qeyd edək ki, İlham Əsgərov 1958-ci ilin iyulun 16-da anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib. 1982-ci ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. İ.Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri olub. 6 sentyabr 2015-ci ildə Bakıda vəfat edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar