Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlikdən Qubad İbadoğlunun təklifinə cavab

Təhsil Nazirliyi iqtisadçı ekspert Qubad İbadoğlunun naziliyə təqdim etdiyi 3 maraqlı təklifə iki cümlə ilə cavab verib

Nazirlikdən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirlik edilən bütün təkliflərə açıqdır:

Azərbaycan gənclərinin yüksək səviyyədə təhsil alması Azərbaycan dövlətinin və Təhsil Nazirliyinin əsas prioritetlərindəndir. Bu məsələyə müxtəlif cür baxışların olması təqdir olunandır”.

Xatırladaq ki, iqtisadçı ekspert Qubad İbadoğlu nazirliyə 3 təklif təqdim edib:

  1. Məktəblər arasında aparılan informatika yarışmasının qalibi olan 100 istedadlı və yaradıcı şagird üçün xüsusi qruplar təşkil olunsun. Hər bir şagird ilkin mərhələdə Aypəd, sonrakı mərhələdə 10.13.02 versiyasindan yuxari səviyyəli Əpl kompüterləri ilə təmin edilsin. Bu qrupa daxil olan şagirdlərə dərs vəsaiti kimi Əpl saytında, Yutubda yerləşdirilmiş metodiki və təlim materiallarından istifadə edilsin, onlara kodlaşdırma (swift code), Əpp yazmaq öyrədilsin. Tədris Əpl, Mikrosoft, Quql şirkətləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirilsin. Eyni zamanda onlara intensiv ingilis dili tədris olunsun.

2. Bakı şəhərində, xüsusilə də respublika tabeli şəhərlərdə orta məktəblər Vay-Fay ilə təmin olunsun. Həmin məktəblərin şagirdlərinə fərdi email hesabları açılsın. Orta məktəblər üçün dərsliklərin, ev tapşırıqlarının və çalışmaların onlayn bazası yaradılsın və məktəbdə həmin materialları giriş təmin edilsin ki, uşaqlar kitablarını evdən məktəbə daşımasınlar, onlar internet üzərindən dərsliklərə və dərs vəsaitlərinə giriş əldə etsinlər.

3. İxtisaslar üzrə dünya reytinqində ilk yüzlükdə təhsil alan bakalavr, magistr, doktorluq proqramı tələbələrinin ödəniş haqları dövlət tərəfindən qarşılansın və onlara yaşadığı ölkənin yaşayış minimumu və dərs vəsaitləri ilə təminat xərci nəzərə alınmaqla fərdi təqaüdlər verilsin.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar