Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Suriya müharibəsindən məğlub çıxsa nə olar?

Politoloq: “Suriyanın yenidən şəkillənməsi Yaxın Şərqin yenidən şəkillənməsi deməkdir”

“Ola bilər ki, Əsəd Vaşinqtonun və Təl-Əvivin müttəfiqi olan ərəb ölkələrindən vasitəçilik xahiş edib, onların vasitəsilə münaqişənin dayandırılması şərtlərini müzakirə edib, müəyyən razılaşmaya gələ bilər”.

Bu sözləri PİA.az-a açıqlamasında son zamanlar Suriya prezidenti Bəşər Əsədin özünü daha çox qalib tərəf kimi aparmasını şərh edərkən politoloq Nəzakət Məmmədova söyləyib.

Xatıqladaq ki, son zamanlar Bəşər Əsəd 211-ci ildən Suriyada davam edən edən vətəndaş müharibəsində özünün qalibiyyətini elan eməkdəir. riya prezidenti Bəşər Əsəd Küveytin ”əş-Şahid” qəzetinə müsahibəsində bildirib ki, o, ərəb dövlətləri ilə anlaşıb və yaxın zamanda Suriyada müharibə tamamilə bitəcək. Qetd edək ki, Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri ilk dəfə Körfəz mediasına müsahibə verən ölkə başçısı Bəşər Əsəd ərəb ölkələri ilə anlaşdıqlarını açıqlayıb. Konkret ad çəkməyən Bəşər Əsəd ərəb və Qərb dövlətlərinin təmsilçilərinin Suriyaya səfər etməyə başladıqlarını, diplomatik nümayəndəliklərin yenidən açılması istiqamətində danışıqlar aparıldığını bildirib.

Dünən isə yerli SANA Agentliiyinə danışan Bəşər Əsəd Rusiya ilə Türkiyə arasındakı İdlib anlaşmasının müvəqqəti olduğuna diqqət çəkib və bildirib ki, İdlibdə əvvəl-axır qan axacaq və müxalifətin son qalası da Suriya hökümətinin nəzarətinə keçəcək. Həmçinin Bəşər Əsəd Qərb dövlətlərinin İdliblə bağlı narahatlıqlarına da münasibət bildirib: “Soçi razılaşmasında İdlib şəhərinin taleyinin yekun həllindən dolayı Qərb isterikadadır. Son zamanlarda İdlib ətrafında Qərbin sərgilədiyi isterika, narahatlıq bu şəhərin həll yoluna qovuşan taleyi ilə birbaşa bağlıdır. Suriyalıların bu qələbəsi onların planlarının məhv olması ilə nəticələnəcək”, - deyə Suriya prezidenti bildirib.

Doğurdanmı Suriyda vətəndaş müharibəsi artıq sona çatır və qələbə Rusiyaİranın dəstəklədiyi Bəşər Əsədə verilir? Və Türkiyə bu müharibədən məğlub ayrılsa, nə olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı beynəlxalq münasibətlər üzrə mütəxəssis, ərəbşünas, politolq Nəzakət Məmmədovanın fikirlərini öyrənib.

Nəzakət Məmmədova: “ABŞ-ın yeni dünya düzəni planları davam etdikcə, Rusiya və Türkiyə, eləcə də Qərbə qarşı güc mərkəzi olmaq istəyən digər dövlətlərin müqaviməti davam edəcək”.

Politoloq Nəzakət Məmmədovanın fikrincə Suriya müharibəsinin yaxın zamanda Əsədin qələbəsi başa çatacağını demək hələ tezdir. Bəşər Əsədin ərəb dşvlətləri ilə anlaşdığını bildirən və artıq öz qələbəsin elan etməkdə olduğunu şərh edən Nəzakət Məmmədova PİA.az-a açıqlamasında vurğulayıb ki, Suriyada müharibəni ərəb dövlətləri başlamayıb ki, onlar da bitirsinlər. Politoloq qeyd edib ki, ABŞ başda olmaqla Qərb koalisiyasının, ABŞ-ın digər müttəfiqlərinin və qeyri-müttəfiqlərinin, eləcə də region dövlətlərinin öz maraqları var. Bu maraqlar strateji maraqlardır, onlar toqquşur və nəticədə münaqişə davam edəcək:

“İlk olaraq ondan başlayım ki, Rusiya və Türkiyənin yaxınlaşması Suriya məsələsi ilə başlasa da, onunla bitməyəcək. ABŞ-ın yeni dünya düzəni planları davam etdikcə, Rusiya və Türkiyə, eləcə də Qərbə qarşı güc mərkəzi olmaq istəyən digər dövlətlərin müqaviməti davam edəcək.

Digər tərəfdən, Suriya müharibəsinin yaxın zamanda Əsədin qələbəsi başa çatacağını demək hələ tezdir. Ola bilər ki, münaqişənin terrora qarşı mübarizə mərhələsi başa çatsın. Lakin Suriya torpaqlarına yaxın zamanda sülhün gələcəyi inandırıcı deyil. Burada ABŞ basda olmaqla Qərb koalisiyasının, ABŞ-ın digər müttəfiqlərinin və qeyri-müttəfiqlərinin, eləcə də region dövlətlərinin öz maraqları var. Bu maraqlar strateji maraqlardır, onlar toqquşur və nəticədə münaqişə davam edəcək.

Hazırda Suriyada həll olunmamış çoxlu məsələlər qalıb. Maraqlı dövlətlər bu məsələləri öz xeyirlərinə həll etməmiş Yaxın Şərqdəki ambisiyalarına son qoyan deyillər. Çünki Suriyanın yenidən şəkillənməsi Yaxın Şərqin yenidən şəkillənməsi deməkdir. Məsələn, adi bir məsələ - münaqişədən sonra Suriyanın bərpasına beynəlxalq təşkilatlar humanitar proqramlar çərçivəsində milyardlarla dollar vəsait ayıra bilərlər. Hansı dövlətin inşaat şirkətlərinin bu tenderlərdə qalib gəlməsi belə polemika mövzusu ola bilər. Yəni söhbət ilk növbədə Suriyada və Yaxın Şərqdə kimin daha böyük mövqeyə sahib olmasından gedir.

Əsədin özünü qalib elan etməsinə gəlincə, Suriya münaqişəsini ərəb dövlətləri başlamayıb ki, onlar da bitirsin. Bu münaqişənin bir çox səbəbləri var: Yeni dünya nizamının formalaşması planlarından tutmuş, Qətər qazının Suriya vasitəsilə Avropaya daşınmasınadək bir çox planlar Suriya münaqişəsinin yaranma səbləridir. Suriya müharibəsinin qalibi də əslində yeni dünya nizamında əsas söz sahibi olacaq. Belə bir imkanın Bəşər Əsədə və onun müttəfiqləri olan İranRusiyaya veriləcəyini heç zənn etmirəm.

Doğrudur, bəzi ərəb ölkələri ABŞ, İsraillə müttəfiqlik edərək Suriya münaqişəsində bu və ya digər formalarda iştirak ediblər, hətta terrorçulara təlim keçirilməsi, maliyyə və lojistik dəstəyin verilməsi diiları da belə var. Bu ittihamlar Rusiya, Türkiyə, İranSuriya hakimiyyətləri tərəfindən irəli sürülüb və çoxlu faktlar ortaya qoyulub. Lakin bununla belə, yəni bu iddilar doğruysa belə, onlar, yəni ərəb dşvlətləri təlimatı yerinə yetiriblər. Və bu təlimat Vaşinqtondan, həmçinin dolayısı ilə Təl-Əvivdən gəlib. Odur ki, Əsədin ərəb ölkələrilə danışıb münaqişəni sona çatdırması mümkün deyil.

Nəzakət Məmmədova: “Burada ən çətin, həssas durumda qalan ölkə Türkiyədir. Məsələn, Suriyada məğlubiyyət olsaydı belə, bu, Rusiyanın bilavasitə ərazi bütövlüyünə təhdid törətmir... Türkiyə isə bilavasitə torpaq itirə bilər”.

Burada başqa məsələ ola bilər ki, Əsəd Vaşinqtonun və Təl-Əvivin müttəfiqi olan ərəb ölkələrindən vasitəçilik xahiş edib, onların vasitəsilə münaqişənin dayandırılması şərtlərini müzakirə edib, müəyyən razılaşmaya gələ bilər. Ola bilsin ki, Əsəd bu danışıqlara gedib artıq. Amma bu zaman İranRusiyanın maraqları münaqişənin uzanmasını təmin edəcək. Ona görə də bu münaqişə ərəb ölkələrinin özbaşına, öz aralarında danışıb həll edəcəyi məsələ deyil.

Onu da qeyd edim ki, Əsədin YPG/PYD/PKK nümayəndələri ilə görüşünü - hansıları ki, ABŞ dəstəkləyir - Suriya hökümətinin Qərblə danışıqlar aparması mümkünlüyünü təsdiqlənmiş oldu. Amma o da inandırıcı deyil ki, Əsəd bunu Rusiyaİrandan xəbərsiz etsin və kürdlərlə separat danışıqlar aparsın.

Burada ən çətin, həssas durumda qalan ölkə Türkiyədir. Məsələn, Suriyada məğlubiyyət olsaydı belə, bu, Rusiyanın bilavasitə ərazi bütövlüyünə təhdid törətmir. Onun isti dənizlərə çıxmaq planlarının üstündən xətt çəkilir, “Qazprom” şirkətinə Avropaya Suriyadan çəkilən Qətər qazı rəqabət yaradır və s. Doğrudur, bu, milyardlarla dollar itki deməkdir, lakin ərazi itkisi deyil.

Türkiyə isə bilavasitə torpaq itirə bilər. Odur ki, münaqişə əvvəlkindən də mürəkkəb, ziddiyyətli mərhələsinə qədəm qoyub.

Onu da qeyd edim ki, münaqişədə maraqlı tərəflər çoxdur, ambisiyalar geniş və çoxşaxəlidir. Odur ki, silahlı münaqişə mərhələsi başa çatsa da, daha çətin proseslər hələ davam edir və yaxın zamanda da başa çatacağı inandırıcı deyil. Tərəflər - əsasən də ABŞRusiya biri digərini güzəştə məcbur etmək üçün dünyanın digər bölgələrində, o cümlədən bizim olduğumuz Cənubi Qafazda aşkar və gizli savaşlar başlaya bilərlər. Bunun bir təzahürünü biz İranda, digərini Ermənistanda müşahidə edirik”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar