Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Almaniya şirkətləri ilə enerji sahəsində əməkdaşlıq üçün böyük perspektivlər var"

"Enerji sahəsində Azərbaycanın Almaniya şirkətləri ilə çoxşaxəli əməkdaşlığı mövcuddur və əməkdaşlığın artırılması imkanları var"

Bunu Bakıda keçirilən Enerji və İKT üzrə Alman-Azərbaycan Biznes Forumunda energetika nazirinin müavini Natiq Abbasov bildirib.

O, AlmaniyaNIN "Uniper" və "Siemens şirkətləri ilə əməkdaşlığı xatırladıb: "Almaniyanın keçmiş “E.ON”, indiki “Uniper” şirkəti, “Şahdəniz-2” qazının alıcılarından biridir. Bu şirkət ildə 1,5 mlrd. kubmetr "Şahdəniz-2" qazını alacaq. Bundan başqa, “Uniper” şirkəti enerji və buxar istehsalı sahəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyi ilə əməkdaşlıq edir.

Həmçinin SOCAR və "Uniper" şirkəti Azərbaycanda enerji səmərəliliyini artırmaq məqsədilə də əməkdaşlıq edirlər. Bununla bağlı bu il saziş imzalanıb. Bundan başqa, bu şirkətlə Bakı və ətraf qəsəbələrin qaz təchizatının müasirləşdirilməsi, yenidən qurulması sahəsində əməkdaşlıq edilir. “Siemens” şirkətinin fəal iştirakı ilə 525 MVT gücündə “Sumqayıt” Elektrik Stansiyası, Bakıda iki yarımstansiya tikilib, beş yarımstansiyanın isə modernləşdirilməsi həyata keçirilib". (report.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar