Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk general: “Rusiyanın Azərbaycanın tərəfində yer alması vacibdir”

"ABŞ-ın dünyada jandarma rolunda çıxış etməsi başa çatıb, amma bitən rolunu davam etdirməyə çalışır"

PİA.AZ teleqraf.com-a istinadən Türkiyə Quru Qoşunlarının təqaüddə olan generalı Əhməd Yavuzla müsahibəni təqdim edir:

- Əhməd bəy, ABŞ-ın YPG və PYD-yə dəstək verməsi haqqında deyilənləri necə qiymətləndirirsiniz?

- ABŞ regionda bir kürd dövləti yaratmağa çalışır. Türkiyə daxilində PKK, Suriya daxilində PYD, Şimali İraqdakı kürd terrorçularına ümumilikdə yanaşmaq lazımdır. Bunlar ayrı-ayrılıqda müzakirə olunacaq mövzu ola bilməz. Başqa sözlə, əgər bir dövləti siz yaradırsınızsa, bu dövlət sizə xidmət edəcək. Bu dəqiqdir.

- Ötən il Şimali İraq Kürd Muxtariyyəti müstəqillik haqqında referendum keçirəndə ABŞ-dan belə açıqlama verildi ki, siz bu mövzuda iki il tələsdiniz. Bu nəyə işarə idi?

- Fikrimcə, bu daha çox Suriyadakı PYD ilə bağlı mesaj idi. Yəni Amerika Suriyadakı kürd təşkilatını prosesə tam olaraq hazırlaya bilməmişdi. Başqa sözlə, ABŞ-ın Şimali İraqdakı referendumu vaxtından əvvəl atılan addım kimi qiymətləndirdi, bunu “niyə edirsiniz” dedi. Bu səbəbdən də Şimali İraqdakı referendum uğur qazana bilmədi. Əgər Suriyadakı kürdlər bu prosesə hazır olsaydı, yeni dövlət qurmaq istiqamətində revanş mümkün olacaqdı.

- Yaxın Şərqdə bundan sonrakı proseslər hansı ssenari üzrə inkişaf edəcək?

- Süni dövlət yaratmaq istəkləri təbii proses deyil. Təbii ki, kürdlərin özlərini ifadə etmələri, özlərinə hörmət tələb etməsi ayrı müzakirənin mövzusudur. Amma yeni bir dövlət yaratmağa çalışsanız, bu dövlət onu yaradanların xidmətində durar. Eyni zamanda digər qonşu dövlətlər üçün də təhlükə və təhdid yaradar. Əslində bu bölgənin yenidən dizayni edilməsidir. Onsuz da region dövlətləri olan İran, İraq, Suriya, Türkiyə, hətta Rusiya da buna qarşı mövqe tuturlar.

Həm də bu, asanlıqla həyata keçiriləcək iş deyil. Fikrimcə, Qarabağ münaqişəsi də bölgənin yenidən dizayn edilməsi məqsədi daşıyır. Əvvəl bölgədə terrorist qrupların fəaliyyəti, sonra isə işğal faktı coğrafiyanı istədikləri kimi şəkilləndirməyə hesablanır. Fikrimcə, Rusiyanın buna qarşı çıxması, Azərbaycanın tərəfində yer alması və işğalı tanımaması vacibdir. Region ölkələri səmimi olarsa və problemi həll etmək istəsə həll problemi mümkün olar.

- Rusiya-İran və Türkiyə Suriya mövzusunda əməkdaşlıq edirlər. Əgər bu format Suriyada özünü doğrultsa, bunun Cənubi Qafqaza hansı təsiri ola bilər?

-Fikrimcə, Suriyada uğurlu nəticə əldə edilərsə, bu Cənubi Qafqaz regionuna da müsbət təsir göstərər. Hazırda Avropa ölkələrinin də bu əməkdaşlığa müsbət təsiri ola bilər. Çünki ABŞ artıq Avropanı da ticarət savaşları yolu ilə təhdid etməyə başlayıb. Bu Avropanı yeni axtarışlara sövq edir. ATƏT-in yenidən təşəbbüslərlə çıxış etməsinə, habelə bölgənin istiqlalı mövzusunda Avropa Birliyinin Rusiya-Türkiyə-İranla əməkdaşlıq etməkdən başqa yolu qalmır. ABŞ-ın dünyada jandarma rolunda çıxış etməsi başa çatıb, amma bitən rolunu davam etdirməyə çalışır. Artıq ABŞ hər şeyi təkbaşına həll edə bilmir. Baxın, İraqı parçaladı, istədiyi kimi müdaxilə edə bildi, lakin Suriyadakı fəaliyyəti istədiyi nəticələr vermir.

- Son illər türk əsgər həm ölkə daxilində, həm də xaricdə PKK-ya qarşı amansız mübarizə aparır. İndi PKK-nın güc və imkanları haqqında nə deyə bilərsiniz?

- Əslində türk əsgər hər zaman PKK-ya qarşı aktiv fəaliyyətdə olub. Sadəcə son 2-3 ildə Türkiyə müdafiə sənayesində dronlar istehsal edib. Bu dronların olması PKK-ya qarşı aparılan savaşı konseptual olaraq dəyişdirib. Konsepsiya dəyişdikcə, savaşın təsiri də dəyişdi, daha effektiv olub. Təbii ki, türk hökuməti bir dövrlər PKK ilə mübarizəyə fərqli baxırdı, indi isə tam fərqli baxır. Bunun da təsiri var.

Sizə deyim ki, PKK-nın gücü ABŞ-ın Suriyaİraqda mövcud olmasından doğur. Əks təqdirdə PKK-nın elə bir gücü və imkanları yoxdur.

- Hər həftə Türk Silahlı Qüvvələri PKK-ya qarşı keçirilən əməliyyatlarla bağlı xəbərlər yayır, onlarla terrorçunun öldürüldüyünü bəyan edir. Bu baxımdan PKK-nın aktiv üzvləri nə qədərdir ki, onun sonuna çıxmaq uzun müddətli zaman alır?

- Bir daha qeyd edim ki, dronlar terrorçuları daha asan tapır və biz də onları asan şəkildə vururuq. Sizə deyim ki, PKK-nın dağlarda yaşamaq şansı yoxdur. Əgər dövlət bölgədə xalqla könül bağlarını daha güclü hala gətirə bilsə, PKK-nın yaşamaq şansı olmayacaq. Amma Suriyaİraqdakı proseslərin PKK-nın yaşaması ilə əlaqəsi var. Bu əlaqə Suriya ilə İraq müstəqilliyə və sabitliyə qovuşsa azalacaq.

- Rusiya-Türkiyə əməkdaşlığı PKK-nın fəaliyyətinin zəifləməsinə səbəb ola bilərmi?

- Fikrimcə, ola bilər. Yəni Rusiya və Türkiyə əməkdaşlığı Suriyanın ərazi bütövlüyünün qorunmasına təsir göstərər. Bu da, PKK-nın meydanlarından birinin daralmasına gətirib çıxarar.

- Siz, Rusiya-Türkiyə əməkdaşlığına necə baxırsınız?

- Mən, bu əməkdaşlığa isti yanaşıram. Bu hər iki dövlətin maraqlarına uyğundur.

- Sonradan bu iki dövlət arasında problemlər ortaya çıxmayacaqmı?

-Problemlərin hər zaman ortaya çıxması mümkündür və buna təbii yanaşmaq lazımdır. Amma, bu problemləri idarə edə bilsəniz, onlar ortaya çıxmaz.

##relatedPostMilli##

- Prosesdə İran da var...

- Bəli İran da aktivdir. Sadəcə İran, Türkiyə və Rusiya deyil, bölgədəki bütün dövlətlərin, eləcə də Azərbaycanın əməkdaşlığı regionun sabitliyinə müsbət təsir edə bilər.

- Bir neçə gün əvvəl PKK terrorçularının Ermənistandan Ağrıya keçdiyi haqda xəbərlər ortaya çıxıb. Bu fakta münasibətiniz necədir?

- Əvvəldən belə fəaliyyətlər olub. Bir terrorçu qrup əgər qonşu ölkədə rahat yaşaya bilirsə, bu digər terrorçuların da ora köçməsinə xidmət edir.

- ABŞ-Türkiyə münasibətlərinə necə baxırsınız?

- Hesab edirəm ki, Türkiyə-Amerika münasibətləri Türkiyənin maraqları səbəbindən yenidən qurulmalıdır. Hazırda indiki Türkiyə siyasi iqtidarı bunu öz bildiyi şəkildə həyata keçirməyə çalışır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar