Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin uyğurları üçün Çan Kayşidən gələn assimilyasiya prosesi...

Uyğurlar traktorda bazara gedirlər

Kürşad Zorlu

Vatan (Türkiyə), 07.10.2018

Çinin indiki sərhədlərində yaşayan türklər bizə qohumdurlar, ya da adlandırılması qəbul olunduğu kimi, “türkdilli xalqdır”… Amma onların yaşayış və taleyi haqda məlumatın ictimai rəydə yeri olsa da, bu mövzunun öyrənilməsinə hansısa sistemli baxışın varlığından danışmaq lazım gəlmir. Deməli, Şərqi Türküstan (ÇXR-in Sintszyan-Uyğur muxtar bölgəsi-red.) məsələsi bir qayda olaraq Türkiyə ictimai rəyinin qıcıq verə biləcəyi mənfi hadisə və ya hadisələr baş verəndə gündəmə çıxır. Məsələlərin bu cür durumu tarixi dinamika, bölgənin potensialını, bununla yanaşı adi vaxtda atılacaq diplomatik addımları da üstələyir və Türkiyənin xarici siyasətinə basqı göstərir.

Bu mövzunun gündəmə çıxmasıyla “Şərqi Türküstan”, yaxud “Sintszyan” ifadələrini işlədən ABŞ-da, ya da Çində yaşayır, “Gəlin, Çinlə xeyirxah münasibətlər quraq”, ya da “Bu, xəyanətdir” deyir… Türküstan bölgəsini çox gözəl tanıyan və mənim də böyük sayğı bəslədiyim Xızırbəy Qeyrətullah (2004-cü ildə ABŞ-da yaradılmış “Sürgündəki Şərqi Türküstan hökuməti” baş nazirinin birinci müavini-red.) Çinin maraqları üçün işləyənlərin hamısını “cim-maoçu” adlandırır.

Nəhayət, bu bölgədən çıxanların Suriyada bəzi radikal qruplara qoşulması faktı Çinin Şərqi Türküstana münasibətdə ictimai rəyə basqısını gücləndirir. Çin “Bu mənim daxili işimdir, heç kim qarışa bilməz” xəttini tutaraq onu bunda ittiham edən ölkələrə qarşı sərt ritorika və tədbirlər irəli sürür.

Türküstan və ya Türkeli… Türklərin yaşadıqları bölgə XVIII yüzilliyə qədər müəyyən bütövlüyünü saxlamağa nail olub. Göytürklər, onların ardınca isə uyğurlar islamaqədərki dövrdə türklərin yönəldilməsini yerinə yetiriblər. Türküstan adlanan bu böyük mədəni bölgə Osmanlı imperiyasının durğunluq/tənəzzül dönəmində iki hissəyə parçalanıb. Qərbdə Orta Asiyanın türk respublikalarının daxil olduğu Qərbi Türküstan, şərqdə isə Çinin Sintszyan-Uyğur muxtar bölgəsi, bizim isə Şərqi Türküstan adlandırdığımız vilayət formalaşıb. Uyğurlar 1933 və 1944-cü illərdə iki dəfə müstəqil Respublika yaratmağa nail olublar və ikinci dəfə 1949-cu ildək mövcud olub… 1955-ci ildə bölgəyə muxtar status verilsə də, özünün daxili işlərində müstəqil olmaq hüququ əldə edə bilməyib. Millətçi Çinin qurucularından biri Çan Kayşi və ardıcılları təkid edirdilər ki, Çində yaşayan bütün adamlar bir millətdir, bu yanaşma zaman keçdikcə uyğurların xanlar tərəfindən assimlyasiya edilməsi planının əsasında durub. Çin burada indiyədək demoqrafik dəyişiklik siyasəti aparır. Xanların payı 1945-ci ildə 6,2% təşkil etdiyi halda 2010-cu ildə tam 41% təşkil edib. Uyğun dövrdə uyğurların faizi 83-dən 45-ə enib. Bu nisbət günbəgün uyğurların ziyanına dəyişilir. Assimilyasiya prosesi uyğur problemini doğrudan da ağırlaşdırır. Belə tendensiya dili və mədəni təməlləri əzir və buna mane olmaq istəyən vətənsevərlərin mübarizəsi qanun çərçivəsindən kənara çıxır. Suriyadakı bəzi radikal qrupların “Şərqi Türküstandan çıxanlar” göstərişi ilə xatırlanması Çinin kompleks/sistemli siyasətinin ifadəsidir. Hətta Türkiyədə də bu tələyə düşən ekspertlər var. Bəli, Suriyada müəyyən təşkilatlara qoşulmuş bəzi şəxslər bu bölgədən gəliblər. Amma belə ümumiləşdirmə nə qədər ədalətli/tərəfsiz ola bilər?

Qeyd etmək gərəkdir ki, Şərqi Türküstan Çinin yeraltı resurslarla ən zəngin bölgələrindən biridir. Bura qərbə açılan ən önəmli qapıdır. Bu bölgə təhlükəsiz və sabit olmazsa, İpək yolu dəhlizini başa çatdırmaq praktik olaraq mümkün olmayacaq.

Türkiyənin bu məsələdə qarşılıqlı maraqların müəyyən balansını saxlamağı və təsvir etdiyimiz problemlər haqda mürtəce və ötəri görünməyəcək siyasət hazırlamağı gərəkdir. Tarixi özüllərə söykənən sistemli yanaşma gərəkdir… Əlbəttə, burada ən önəmli bənd qeydə alınmış muxtar statusun gərəkli funksiyasını təmin edəcək diplomatik səy və təşəbbüslər olmalıdır.

Tərcümə Strateq.az-ındır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar