Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ seçkiləri: Trampa görə seçkidə iştirak etmək sayı çoxalıb

Noyabrın 6-da ABŞ Konqresinə (Nümayəndələr palatası tam tərkib və Senatın 1/3 hissəsi-red.) seçkilər keçiriləcək

Bu seçkilər ABŞ tarixində ən çox vətəndaşın iştirak edəcəyi siyasi yarışma ola bilər.

Bunun əsas səbəbi isə Donald Trampa olan ziddiyyətli münasibətdir.

Demokratlar bu seçkilərdə qələbə qazanmaqla prezidentə qarşı impiçment məsələsini aktuallaşdırmaq istəyirlər.

Təsadüfi deyil ki, bir gündə ABŞ-da 800 min adam adlarını seçici siyahılarına salmaqdan ötrü baş vurub.

Bu vaxta qədər isə parlament seçkiləri ABŞ vətəndaşları arasında populyar sayılmayıb. Məsələn, “Public Religion Research Institute” təşkilatının “Atlantic” jurnalı ilə birgə keçirdiyi sorğuda 18-29 yaş arası əhalinin sadəcə 28%-i seçkiyə maraq göstərdiyni açıqlayıb. Yaşlı nəsildə bu rəqəm 74%-ə yüksəlib

Burada adətən 90-120 milyon seçici iştirak edir. Müqayisə üçün deyək ki, 2016-cı il prezident seçkilərində 135,7 milyon adam iştirak edib.

2014-cü il seçkiləri isə son 70 ilin ən aşağı göstəricisini qeydə alıb. Həmin vaxt ABŞ Federal Seçki Komissiyasının məlumatına görə, ABŞ əhalisnin sadəcə 36%-i seçkiyə maraq göstərib.

Lakin qarşıdan gələn seçki ABŞ tarixində ən intriqalı yarışlardan biri olaraq dəyərləndirilir. Buna əsas səbəb isə Donald Trampın ölkədə yaratdığı qütbləşmədir.

Arıtq indidən demokratlar seçkilərə kənardam texniki müdaxilənin olacağı barədə hay-küy salmağa başlayıblar. “Daily Beast” saytının yazdığına görə, rusiyalı hakerlər bu yaxınlarda demokrat senator Kler Makkaskilin kampaniyasına əngəl törətmək istəyiblər.

Sübut olaraq sayt K.Makkaskilin köməkçisinə göndərilən virus dolu elektron məkutbları gətirib. Həmin məktubların Rusiya hərbi kəşfiyyaına mənsub “Fancy Bear” adlı qrupa məxsus serverdən göndərildiyi məlum olub.

Hazırda ABŞ Senatında elektron səsvermənin qorunması üçün tədbirlər planı hazırlanır. Qanun layihəsinin müəllifi senator Roy Blantdır. Lakin onun noyabra qədər qəbul olunması gözlənilmir.

ABŞ ekspertləri isə toxunma ekranlı maşınlarla səsvermənin təhlükəli olduğunu bildirirlər. Məsələn, Prinston uiversitetinin professoru Endryu Appel həmin maşınlaırn manipulyasiyalar və saxtakarlıqlar üçün olduqca açıq olduğunu söyləyib.

Onu da qeyd etmək lazımdır k, vaxtilə seçkilərin ədalətsizliyindən Donald Tramp da şikayətlənibmiş. ABŞ prezidenti son seçkilərdə rəqibi Hillari Klintonun xeyrinə manipulyasiyalar edildiyi iddialarını araşdırmaq məqsədilə vitse-prezident Maykl Pensin sədrliyi ilə komissiya da yaradıb. (Trampın özü rəqibindən 3 milyon az səs almasına rəğmən prezident kürsüsünə əyləşib-red.)

Lakin komissiya cəmi bir neçə formal iclasdan sonra 2018-ci ilin yanvarında prezident tərəfindən buraxılıb.(musavat.com)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar