Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ təxribatlara hazırlaşır: Türk generaldan şok açıqlamalar

26 il əvvəl İraqın şimalında terror təşkilatı PKK-nı qorumaq üçün “Çəkic Güc” təşkil edən ABŞ, Türkiyəyə gözdağı vermək üçün Egey dənizində döyüş gəmilərimizi bombalamışdı

Baş Qərargahın keçmiş kəşfiyyat rəhbəri İsmayıl Haqqı Pekin, indi də Suriyanın şimalında eyni şəraitin yarandığına diqqət çəkərək xəbərdarlıq edib: "Yeni təxribat xarakterli təşəbbüslərə hazırlıqlı olmalıyıq. Türkiyə yeni terror xəritəsinə göz yummayacaq."

ABŞ, 2 oktyabr 1992-ci ildə Egey dənizindəki "Qətiyyət nümayişi” adlı təlimdə Türk müharibə gəmisi “Muavenet”-i hədəf aldı və 5 Türk əsgərini şəhid etdi. Eyni hücumda 22 əsgər də yaralandı. Təqaüddə olan general İsmayıl Haqqı Pekinin, o gün Türk gəmisinə qəsdən edilən hücumun arxasında Türkiyənin "Çəkic Güc” təhlükəsinə qarşı regionda atacağı addımları əngəlləmək məqsədinin olduğunu deyib.
“Yeni Şəfəq” qəzetinə açıqlama verən general Pekin, 1992 prosesində İraqın şimalında yaradılan şəraitin bu gün Suriyanın şimalında bərpa olunmaq istədiyini bildirib və ABŞ-ın Egey dənizində artan fəallığını 26 il öncə eyni səviyyədə təhdid kimi səciyyələndirib.

Şüurlu bir təcavüz idi

Amerikanın təyyarə gəmisi Saratogadan 1992-ci ildə atdığı “Sea Sparrow” tipli 3 raket ilə Egey dənizi dənizində xidmət edən “Muavenet” adlı Türk gəmisini vurdu. Hücumda gəmi komandiri podpolkovnik Qüdrət Güngör və növbə zabiti leytenant Alper Tunga Axan, Sərxan Aktepe, çavuş Mustafa Kılınç ilə birlikdə Rəcəb Axan şəhid oldu. Baş qərargahın keçmiş kəşfiyyat rəisi İsmayıl Haqqı Pekin, mənfur hücumun şüurlu bir aksiya olduğunu bildirərək, TBMM-də mübahisəli bir prosesdən sonra 24 dekabr tarixində "Çəkic Güc” tətbiqinin təsdiq olunduğunu və bu prosesin 2003-ci ilə qədər davam etdiyini xatırladıb. 1992-ci ilin İraqı, 2018-ci ilki Suriyanın oxşarlığına diqqət çəkən Pekin, bu məlumatları verib:

Terroru ABŞ sövq və idarə edir

"Buş rəhbərliyi İraqın şimalında böyük bir terror bataqlığı yaratdı. Türk ordusu və bəzi siyasi xadimlər bu təhlükəni hiss edib və Türkiyə sərhədinə qədər uzanan kəşf xəttinin uzun nəfəsli təhlükə doğuracağını gördü.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Rəhmətlik Əşrəf Bitlis və general Necati Özgen bu təhlükənin fərqinə varan şəxslərdən bir neçəsidir. PKK-ya eynilə hazırda Suriyanın şimalında olduğu kimi, İraqda böyük silah və təlim dəstəyi verilib. PKK üçün 1992-1995 dövrü həlledici bir mərhələdir. Ancaq bu vəziyyət o vaxt təəssüf ki, gözardı edildi və təşkilat ABŞ-ın dəstəyi ilə qısa müddət sonra böyük miqyaslı terror aksiyalarına başladı. ABŞ o gün terroru həm himayə, həm də sövq və idarə edirdi. İndi də eyni mövqeyini qoruyur."

Türkiyə göz yummayacaq

"ABŞ o vaxt “Çəkic Güc” məharəti İlə Ərbil, Səlahəddin, Duhok, Süleymaniyyə, Kərkük və Mosulu da içərisinə alan terror və xaos bölgələri yaratdı. İndi isə Sincar, Rakka, Haseke, Münbiç, Qamışlı xəttində yeni bir “çəkic güc” xəritəsi formalaşdırmağa çalışır. Türkiyə bu planın Aralıq dənizinə enən ölçüsünə “Zeytun Budağı” və “Fərat qalxanı” Hərəkatları ilə güclü zərbələr vurdu. Mövcud hakimiyyətdəki iradə Fəratın şərqi boyunca uzanan terror xəttinə da göz yummayacağını dəfələrlə elan edib və bu məsələdə qətiyyətini davam etdirir. Çünki bu vəziyyət Türkiyə üçün bir əbədiyyət problemidir. Türkiyə hər şərt və şəraitdə yeni bir uçuşa qadağa sahəsi və “Çəkic Güc” kölgəsində formalaşacaq terror xəritəsinə göz yummayacaq. Lakin ABŞ-ın Aralıq dənizi və Egey dənizində təşəbbüs edəcəyi təhdid, şantaj və təxribat cəhdlərinə də hazırlıqlı olmalıyıq. Digər tərəfdən, iqtisadi hücum dalğasını da eyni təhdid və hədə konsepsiyası daxilində görməyimiz lazımdır".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar