Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sambo yığmamız beynəlxalq turniri 5 medalla başa vurdu

Kazanda Tatarıstan Respublikası Prezidentinin mükafatı uğrunda “A” kateqoriyalı beynəlxalq turnir oktyabrın 6-da başa çatıb

Yarışlarda Azərbaycanın sambo üzrə yığma komandasının tərkibində Ağasif Səmədov (52 kq), Mehman Xəlilov (57 kq), Fuad Məmmədov (62 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Samir Kərimov (74 kq), Abdulla Abdullayev (74 kq) və Ceyhun Hüseynov (82 kq) mübarizə aparıblar.

Sambo üzrə yığma komandanın baş məşqçisi Bəxtiyar Hacıyevin AZƏRTAC-a verdiyi məlumata görə, Azərbaycan yığması beynəlxalq turniri uğurla başa vurub. İdmançılarımızdan 4-nün yalnız finalda məğlub olduğunu bildirən baş məşqçi deyib: “Ağasif Səmədov (52 kq), Cavidan Qarayev (62 kq), Abdulla Abdullayev (74 kq), Emil Həsənov (68 kq) gümüş medal qazanıblar. Fuad Məmmədov (62 kq) isə turniri üçüncü pillədə başa vurub”.

O, həmçinin qeyd edib ki, bu turnir Belarusun paytaxtı Minskdə keçiriləcək ikinci Avropa Oyunlarına lisenziya xalı verən son yarış olduğu üçün xüsusi əhəmiyyət daşıyıb: “Bir aydan sonra komandamız Buxarestdə kişilər arasında keçiriləcək dünya çempionatında iştirak edəcək. Mundial həm də Minskdəki Avropa Oyunlarına ən yüksək xal verən əsas yarışdır”.

Qeyd edək ki, Kazanda Tatarıstan Respublikası Prezidentinin mükafatı uğrunda “A” kateqoriyalı beynəlxalq turnir oktyabrın 4-də start götürmüşdü. Rumıniyanın paytaxtı Buxarestdə kişilər arasında dünya çempionatı isə noyabrın 8-dən 12-dək keçiriləcək.

pia.az


Etiket: Sambo

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar