Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan voleybol yığması İtaliyaya uduzub

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatının II mərhələsində ilk oyununa çıxıb

Rəqib İtaliya yığması olub. Osaka şəhərində təşkil olunmuş qarşılaşma İtaliyanın asan qələbəsi ilə yekunlaşıb. İlk setdə 12:25 hesabı ilə uduzan Azərbaycan millisi yalnız ikinci setdə ciddi müqavimət göstərə bilib. Nəticədə set 19:25 hesabı ilə yekunlaşıb. Üçüncü set isə daha erkən yekunlaşıb – 10:25.

Azərbaycan komandası oktyabrın 8-də Çinlə qarşılaşacaq.

Qeyd edək ki, I mərhələdə İtaliya B qrupunu 15 xalla lider kimi, Azərbaycan isə C qrupunu 6 xalla dördüncü pillədə başa vurub. Reqlamentə əsasən, 4 qrupda ilk 4 pilləni tutmuş komandalar II mərhələyə vəsiqə qazanıb. Burada isə ümumilikdə 16 komanda E və F qruplarına bölünüb. F qrupunda B və C qruplarında, E qrupunda A və D qruplarında ilk 4 yeri tutmuş yığmalar qərarlaşıblar. Azərbaycan İtaliya və Çindən əlavə, B qrupunda 3-4-cü yerləri tutmuş komandalarla – oktyabrın 10-da Türkiyə, oktyabrın 11-də Bolqarıstanla qarşılaşacaq.

Komandaların əvvəlki mərhələdə topladıqları xallar saxlanılıb. Buna əsasən, hazırda turnir cədvəlində İtaliya 18 xalla 1-ci, ABŞ 16 xalla 2-ci, Rusiya 15 xalla 3-cü, Çin 12 xalla 4-cü, Tailand 10 xalla 5-ci, Türkiyə 9 xalla 6-cı, Azərbaycan və Bolqarıstan hərəyə 6 xalla 7-8-ci pillədədirlər.

E və F qruplarında ilk 6 yeri tutacaq komandalar III mərhələyə yüksələcəklər.

Dünya çempionatı

II mərhələ

F qrupu

11:10. Azərbaycan – İtaliya – 0:3 (12:25, 19:25, 10:25)

Hakimlər: Anderson Kaçador (Braziliya), Suzana Mariya Rodriges Xativa (İspaniya)

Osaka (Yaponiya).(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar